29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Şəhriyar Məmmədyarov V turu heç-heçə ilə başa vurdu

Dünya şahmat tacı uğrunda iddiaçıların turniri davam Xantı-Mansiyskdə təşkil olunan yarışın V turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Sergey Karyakinlə qarşılaşıb.

Bu görüşədək hesabında 1,5 xalı olan təmsilçimiz rəqibinə qarşı qara fiqurlarla oynayıb. Şəhriyar bu dəfə də heç-heçə ilə kifayətlənib.

Ümumiyyətlə turun 4 oyunundan 3-də bərabərlik qeydə alınıb. Yalnız Pyotr Svidler Veselin Topalov üzərində qələbə qazanıb. Bu da Şəhriyarın Topalova çatmasına imkan yaradıb. İndi onlar 5-ci yeri bölüşən 3 qrossmeyster arasında qərarlaşıblar.

V tur

Dmitri Andreykin (Rusiya) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5

Pyotr Svidler (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5

Turnir cədvəli: Anand - 3,5 xal, Kramnik, Aronyan, Svidler - 3, Topalov, Karyakin, Məmmədyarov - 2, Andreykin - 1,5.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31