Minifutbol
Zəfər Kubokunun açılış mərasimi keçirilib

İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun açılış mərasimi keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunun qapalı meydançasında təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, Milli Məclisin deputatları Aqil Abbas və Mahir Abbaszadə, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, veteran futbolçu İqor Ponomaryov, Vətən müharibəsi iştirakçısı Ramin Yunusov ilə Daşqın Əziz və digər şəxslər iştirak ediblər.
İlk olaraq yarışın Təşkilat Komitəsinin üzvü Mehman Süleymanov tədbir iştirakçılarını salamlayıb. O, turnirdə 12 komandanın iştirak etdiyini xatırladıb: "Komandaların hər biri işğaldan azad olunmuş bölgələri təmsil edir. Yarış İAM və ETOPAZ-ın 10 illik yubileyi münasibəti ilə təşkil olunur. Final matçı isə mərhum jurnalist Elnur Əşrəfoğlunun doğum gününə təsadüf edəcək. Bundan əlavə, yarış bir sıra əlamətdar günlərə də təsadüf edir".
Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İAM-ın sədri Elşən Məmmədov belə bir formatda ilk turnirin ötən il özünün də İdarə Heyətində təmsil olunduğu Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə gerçəkləşdiyini xatırladıb: "Bu il turnirimiz Zəfər Kuboku adlanır. Kimin təşkil etməsindən asılı olmayaraq, bu format yaşamalıdır. Çünki komandalar işğaldan azad olunmuş ərazi vahidlərini təmsil edir, üstəlik, iştirakçı sayı daha da artır. Bütün bunlar yarışa olan böyük maraqdan xəbər verir. Komandaların forma nömrələri işğaldan azad olunmuş ərazilərin avtomobil seriyalı olsa da, Xocalı rayonu avtomobil seriyaları arasında yoxdur. Tədbirimizə qatılan səlahiyyətli şəxslərdən xahiş edərdim ki, bu məsələnin həllinə yardımçı olsunlar".
MEDİA-nın rəhbəri Əhməd İsmayılov belə bir tədbirə dəvət almalarına sevindiklərini söyləyib. O, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı medianın fəaliyyətinə də diqqət çəkib. O, media nümayəndələrinin Zəfər Kubokuna da fəal qoşulduqlarını vurğulayıb: "Komandaların işğaldan azad olunmuş bölgələrin adlarını daşıyırlar. Bu, sevindiricidir. Zəfərimizin mahiyyətini və qələbəni gələcək nəsillərə çatdırmalıyıq. Komandalara uğurlar arzulayır, təşkilatçılara təşəkkür edirəm".
Milli Məclisin deputatlarından Aqil Abbas Qarabağın rayonlarının adlarını daşıyan futbol klublarının da olmasını arzuladığını söyləyib: "Hazırda Azərbaycan Premyer Liqasında 8, jurnalistlərin turnirində isə 12 komanda var. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib gəldik. İndi də Zəfər Kubokunun qalibini görəcəyik".
Digər deputat Mahir Abbaszadə isə bu turnirdə özünün də Milli Məclisdə təmsil etdiyi Laçının olduğunu xatırladıb: "Həm Qarabağ, həm də Şərqi Zəngəzurda böyük idman obyektləri tikiləcək. Oradan reportajlar və xəbərlər hazırlayacaqsınız. Bəlkə də 3-4 il bundan əvvəl belə tədbirlər keçirə bilmirdik. Keçirsək də, ürəyimizcə olmurdu. Hamınıza qarşıdakı oyunlarda uğurlar arzulayıram".
İqor Ponomaryov isə yarışın əhəmiyyətindən söz açıb və bütün komandalara uğurlar arzulayıb: "Artıq ikinci ildir möhtəşəm turnirin açılış mərasimində iştirak edirəm. Dəvətə görə təşkilatçılara minnətdarlığımı bildirir, iştirakçı komandalara uğurlar diləyirəm. Zəfər Kuboku adı ilə keçirilməsinin çox böyük önəmi var. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə cansağlığı versin. Onların sayəsində bu gün belə bir yarış keçiririk. Media nümayəndələrinə də təşəkkür edirəm ki, təkcə qələmləri ilə yox, təşkilatçılıqları və gözəl oyunları ilə nəyə qadir olduqlarını göstərirlər".
Son olaraq Vətən müharibəsi qaziləri Ramin Yunusov və Daşqın Əziz çıxış edərək komandalara uğurlar arzulayıblar və Zəfər Kubokunu açıq elan ediblər. Dövlət Himninin səslənməsindən sonra Aqil Abbas və Ramin Yunusov topa rəmzi toxunuş ediblər. Bundan sonra isə Zəngilan və Ağdam komandaları arasında açılış matçı başlayıb.
Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun və “Traumotology Orthopedic Center”in (TOC) tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşir.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Turan Tovuz” “Benfika”nın yetirməsini transfer edir - EKSKLÜZİV
- Firuz Abdulla: “Ümidvarıq ki, turnir cədvəlində əlifba sırası “Səbail”in “S”-i ilə pozulacaq”
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- PFL I Liqanın başlama tarixini açıqladı
-
19:24
“Qarabağ” məşqləri bərpa etdi
-
19:07
Azərbaycan gimnastları dünya kuboku seriyasının qalibi olublar
-
18:36
“Milan” sabiq qapıçısını geri qaytardı
-
17:43
Ramiz Məmmədovun əvəzinə Vəli Qasımov
-
17:19
EYOF-da iştirak edəcək idmançılarımız Şimali Makedoniyaya yola düşüblər
-
16:55
"Qarabağ" onunla yollarını ayırdı
-
16:31
"Turan Tovuz" Bakıda, “Kəpəz” Qəbələdə, “Karvan” isə Şamaxıda oynayacaq
-
15:28
PFL Azərbaycan futbolçu üçün yeni mahnı hazırlayıb
-
15:22
Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
-
15:16
Premyer Liqamızda yeni mövsüm üçün iki püşk atılır
-
14:44
“Araz-Naxçıvan” Konfrans Liqası üçün 21 futbolçu sifariş etdi
-
14:27
Azərbaycan stolüstü tennisçiləri Skopyeyə yollanıblar
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:39
“Qarabağ” iştirak ərizəsini UEFA-ya göndərib
-
13:15
Azərbaycanı Avropa Gənclər Paralimpiya Oyunlarında təsil edəcək idmançılarla görüş keçirilib
-
12:58
Avropada 5-ci het-trik
-
12:42
Azərbaycan taekvondoçuları Şimali Makedoniyaya yola düşüblər
-
12:21
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
-
12:00
“Araz-Naxçıvan” - “Aris” oyununun biletləri satışda
-
11:36
"Sumqayıt" yeni mövsümə hazırlaşır FOTOLENT
-
11:17
“Qarabağ” - “Şelburn” oyununun biletləri satışa çıxarılır
-
10:54
Elçin Məsiyev ÇL-in oyununa təyinat aldı
-
10:46
Azərbaycanınlı hakimlər Portuqaliyada Universiadada iştirak edəcəklər
-
10:33
"Qarabağ"ın U-17 komandası İsveçdə çıxışını başa vurub
-
10:19
"Şelburn" - "Qarabağ" matçının hakimləri müəyyənləşib
-
10:08
"Neftçi" Polşadakı ilk matçında heç-heçə oynadı VİDEO
-
09:51
Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib
-
09:25
"Sabah" əlavə vaxtda mərhələni əldən verdi VİDEO
-
01:42
Samir Abasov: “Çempionata yaxşı hazır olacağımıza inanıram”
-
00:37
“Sabah” Avroliqa ilə vidalaşdı
-
00:16
"Neftçi" - "Hapoel" - 1:1 FOTOLENT
-
23:49
Azərbaycanlı futbolçu dünyasını dəyişib
-
21:38
Elmar Baxşıyev: “Superliqanın 3 klubu ilə qarşılaşmaq yaxşı oldu”
-
21:12
“Neftçi" "Hapoel"lə heç-heçə etdi
-
20:23
Sami Mmaee rəsmən “Qarabağ”da FOTOLENT
-
20:00
"Araz-Naxçıvan" "Trabzonspor"a qalib gəldi
-
19:07
“Neftçi” - “Hapoel” - CANLI YAYIM VİDEO
-
18:52
“Neftçi” “Hapoel” önünə bu “11-lik”lə çıxacaq
-
18:26
Universiada: Azərbaycan tennisçisi 1/16 finalda
-
17:15
“Neftçi”nin yeni formaları satışda
-
16:41
EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib
-
16:07
Azərbaycan qılıncoynadanların Universiadaya uğurlu start
-
15:54
Bu da “Neftçi”nin üçüncü forması FOTOLENT
-
15:39
Cüdoçularla görüş keçirilib
-
15:28
Azərbaycan yığması ABŞ-a uduzub
-
15:13
Kinqin yeni klubu
-
14:42
Universiada: Qızlardan ibarət millimiz Cənubi Koreya ilə bacarmayıb
-
13:50
AFFA nümayəndəsi “Future Leader in Football 2025" proqramına qatılıb
-
12:24
“Neftçi”nin yeni səfər forması - Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub FOTOLENT
-
11:17
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsinin iştirakçıları müəyyənləşib
18.07.2025
17.07.2025













