20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

Naxçıvanda Kütləvi Futbol Həftəsi festivalı keçirilib

UEFA-nın dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 19 sentyabr tarixində Naxçıvan şəhəri Uzunoba təlim-məşq bazasında futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etmək məqsədilə “Kütləvi Futbol Həftəsi” (Grassroots Week) layihəsi həyata keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, layihədə 100-dən çox gənc oğlan və qızlar iştirak edib.

Kompleksin böyük və mini futbol meydançalarında - müxtəlif maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir iştirakçıya Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov tərəfindən layihəni əks etdirən futbol topları hədiyyə olunub.

Qeyd edək ki, UEFA hər il futbolun kütləviliyinin arıtırılması məqsədilə Avropada “Kütləvi Futbol Həftəsi” keçirir. Qeyd olunan layihə üzrə növbəti tədbirlər sentyabrın 27-də Mingəçevirdə, 30-da isə Bakı şəhərində baş tutacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30