25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Danimarkadan Bakıya nə qədər azarkeş gələcək?

Danimarka millisinin Avro-2020-nin 1/4 finalında Bakıda Çexiya ilə keçirəcəyi oyun üçün paytaxtımıza gələcək azarkeşlərinin sayı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Danimarka Futbol İttifaqı (DBU) Bakı Olimpiya Stadionundakı qarşılaşmaya 800 fanatın yollanacağını açıqlayıb.

DBU-nun koordinatoru Anders Hagen bu sayın artacağını da istisna etməyib. Federasiya rəsmisi qarşılaşmaya böyük marağın olduğunu da söyləyib. Biletlərin satışı isə iyunun 28-dən başlayıb.

Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da start götürəcək. UEFA hər iki komandanın azarkeşlərinə 2500 bilet satılacağını açıqlayıb.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30