Minifutbol
Autizmli və daun sindromlu uşaqlar arasında turnir keçiriləcək
AFFA-nın maliyyə dəstəyi, “Sirius” FK futbol akademiyasının təşkilatçılığı və LOQOS Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı ilə “Sirius" FK futbol akademiyasının bazasında 6-12 yaşlı xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqlardan ibarət 8 komanda arasında futbol turniri keçiriləcək.
Futbolxeber.az saytının məlumatına görə, hər biri 8 nəfərdən ibarət olan 8 komandanın yarışacağı turnirin əsas vəzifəsi uşaqların fiziki və sosial bacarıqlarının inkişaf etdirilməsidir.
Turnir cəmiyyətdə autizm və daun fərqindəliyinin artmasını, pandemiyanın autizmli və daun sindromlu uşaqlar üzərində mənfi təsirlərinin aradan qaldırılmasını, uşaqların autizm və daun sindromlarının neqativ təsirləri ilə mübarizəsinin asanlaşdırılmasını hədəfləyir. Turnir çərçivəsində 1,5 ay ərzində məşq və hazırlıq prosesi təşkil olunacaq və daha sonra 1/4 final, 1/2 final və final oyunları keçiriləcək. Turnirdə iştirak edəcək komandaların bütün iştirakçılarına futbol geyimləri hədiyyə ediləcək. İlk üç yerin sahibi olan komandaların iştirakçılarına isə 1 aylıq müalicə və terapiya xərclərini qarşılamaq məqsədilə pul mükafatları təqdim olunacaq.
Turnirin mükafat fondu:
1-ci yer - 2000 manat
2-ci yer - 1000 manat
3-cü yer - 500 manat
Turnirdə iştirak etmək üçün xüsusi formanı dolduraraq [email protected] ünvanına göndəmək lazımdır. Qeydiyyat üçün formanı aşağıdakı linkdən əldə edə bilərsiniz.
https://drive.google.com/file/d/1LJPDf-fbSGx_LOoHJefkqDErjtBcp84H/view?usp=drivesdk
Ətraflı məlumat üçün:
055 652 77 27 - Tural İsaqov
Qeyd edək ki, turnir AFFA-nın keçirdiyi Qrant müsabiqəsinin qalibi olmuş Tural İsaqovun öz layihəsi əsasında təşkil olunacaq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
25.09.2026
24.09.2026
























