24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Minifutbol

AFFA-dan "PAŞA Sığorta"ya xüsusi mükafat

AFFA-nın rəsmi tərəfdaşı "PAŞA Sığorta"ya 10 ildən artıq tərəfdaşlığa görə xüsusi mükafat təqdim olunub.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlki illərdə AFFA-nın Konfransında təqdim olunan mükafat budəfəki Konfrans onlayn formatda təşkil olunduğu üçün bir gün öncə təqdim olunub. AFFA-nın Konfransında mükafatın təqdim olunması ilə bağlı iştirakçılara məlumat verilib.

AFFA-nın inzibati binasında keçirilən görüş zamanı AFFA-nın İcraçı vitse-prezidenti Elxan Məmmədov tərəfdaşlara Azərbaycan futboluna davamlı dəstəklərinə görə təşəkkür edib. O qeyd edib ki, tərəfdaşlıq çərçivəsində həyata keçirilən istər kütləvi futbol, istərsə də rəqəmsal layihələr böyük maraqla qarşılanır. 2019-cu ildə ölkə üzrə keçirilmiş araşdırmada AFFA-nın "PAŞA Sığorta" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Məhəllə futbolu” layihəsi respondentlərin ən yüksək faizinin  (42%) məlumatlı olduğu kütləvi futbol layihəsi olub (Nielsen 2019).

Mükafatı "PAŞA Sığorta" şirkəti adından qəbul edən İdarə Heyəti sədrinin müavini Tural Əliyev AFFA ilə tərəfdaşlıq çərçivəsində fəaliyyətdən razı olduqlarını bildirib: “Artıq 10 ildir davam edən bu əməkdaşlığımızı nəzərə alaraq bildirmək istərdim ki, PAŞA Sığorta şirkəti olaraq bizim üçün Azərbaycanda futbolun inkişafına dəstək hər zaman diqqət mərkəzində olmuşdur və bu istiqamətdə AFFA ilə olan əməkdaşlığımız xüsusi önəm kəsb edir” - deyə o, öz fikrini yekunlaşdırıb.

Qeyd edək ki, "PAŞA Sığorta" 2011-ci ildən AFFA-nın rəsmi tərəfdaşıdır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30