20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Minifutbol

AİJF-də Mahal Məmmədovla görüş keçirildi

Bu gün Azərbaycan İdman Jurnalistləri Federasiyasında (AİJF) Vətən müharibəsinin iştirakçısı, idman jurnalisti Mahal Məmmədovla görüş keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Məmmədovu İdarə Heyəti adından salamlayan AİJF prezidenti Qabil Mehdiyev bildirib ki, Vətən müharibəsində ümumilikdə 5 idman jurnalistimiz iştirak edib və onların hər biri idman mediamızın fəxridir. AİJF prezidenti torpaqlarımızın azad edilməsi yolunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsinin hər zaman hörmətlə anılacağını qeyd edib.

Görüşdə AİJF-nin vitse-prezidentləri Firuz Abdulla, Mahir Rüstəmli, İdarə Heyətinin üzvü Elşən Məmmədov çıxış edərək Vətən müharibəsində idman jurnalistlərimizin də böyük şücaət göstərdiklərini qeyd ediblər və Məmmədova bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.

Səmimi görüşə görə, federasiya rəhbərliyinə təşəkkürünü bildirən Məmmədov müzəffər Azərbaycan Ordusunun sıralarında döyüşməkdən şərəf duyduğunu bildirib, qələbəyə aparan döyüş yolundan bəhs edib, xatirələrini bölüşüb. O, görüşdə AİJF-nin “İdman mediasının fəxri” mükafatı və xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, torpaqlarımızın düşmən tapdağından azad olunmasında iştirak etmiş idman jurnalistləri ilə sayca üçüncü görüşdü. Bundan əvvəl dekabrın 30-da qazi Daşqın Əzizlə, yanvarın 9-da isə Anar Miriyev, Süleyman Vəliyev və Mehman Əşrəfovla görüş keçirilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30