19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Nurlan İbrahimovun vəkili: “UEFA-nın qəbul etdiyi qərar əsassızdır"

“UEFA tərəfindən “Qarabağ”ın Mətbuat Xidmətinin Rəhbəri Nurlan İbrahimova verilən cəza həddindən artıq sərtdir və hesab edirik ki, UEFA bu qərarı aramsız təzyiq altında qəbul edib”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Qafqazinfo”ya açıqlamasında Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev deyib.

Vəkil bildirib ki, bununla bağlı qərar qəbul ediləndən sonra UEFA-ya verdikləri apellyasiya şikayəti qəbul edilməyib: “Təəssüf ki, şikayətimiz qəbul edilmədi. Zənnimizcə, bunda süni əngəllər də əsas rol oynadı”.

F.Haqverdiyev qeyd edib ki, bu gün qitənin ali futbol qurumuna daha bir etiraz ünvanlasalar da, yenə də cəhdləri uğursuz olub: “Növbəti etirazımız da UEFA tərəfindən bu gün verilmiş qərarla, apellyasiya şikayətinin mahiyyətinə baxılmadan qəbul edilmədi. Hesab edirik ki, UEFA-nın qəbul etdiyi qərar əsassızdır, belə ki, qurumun apellyasiya şikayətinin mahiyyətinə baxmadan onu qəbul etməməsi nəticəsində Nurlan İbrahimovun ədalətli məhkəmə araşdırması hüququ tamamilə pozulub. Nurlan bəy iş üzrə etirazlarını, sübutlarını, işin halları ilə bağlı izahatlarını təqdim etmək hüququndan məhrum edilib”.

Vəkil bildirib ki, iş üzrə hüquqi həll imkanları tükənməyib: “Bu qərardan sonra İsveçrədə yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət hazırlanıb veriləcək. Ümid edirik ki, qeyd etdiyimiz pozuntular CAS tərəfindən aradan qaldırılacaq və yekunda Nurlan bəyə münasibətdə ədalətli qərar veriləcək”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30