25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans

AFFA könüllülərinin iştirakı ilə 5 dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirilib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda il ərzində xüsusi fəallığı ilə seçilən 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda, 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib.

Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman AFFA-nın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb. Daha sonra Avro-2020 könüllülərinin səfiri, aktyor və videobloqer Taleh Yüzbəyov çıxış edərək könüllüləri 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30