20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı təbrik etdi

Britaniya Azərbaycanlıları Assosiasiyası xalqımızı İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə təbrik edib.

Futbolxeber.az saytının məlumatına görə, təbrik mesajında deyilir:

“Biz, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlılar, Azərbaycan xalqını bu böyük, şanlı, tarixi qələbə münasibətilə təbrik edirik!

Azərbaycan xalqı bütün dünyanın gözləri önündə yeni, şərəfli tarix yazdı. Bu qələbə Azərbaycan xalqının sarsılmaz birliyi nəticəsində əldə edildi. Azərbaycan Ordusu göstərdiyi misilsiz şücaətlə yanaşı nümayiş etdirdiyi 21-ci əsr müharibə üsulu və bacarığı ilə bütün dünyanı heyrətə gətirdi. Ali Baş Komandanımız beynəlxalq siyasətin son dərəcə mürəkkəb şəraitində Azərbaycanın mənafelərini həm regional, həm də ümumdünya səviyyədə böyük məharətlə qoruya bildi. Azərbaycan xalqı da, hər bir vətəndaş, bu müharibədə qələbənin yaxınlaşması üçün, mənfur işğalçıların müqəddəs torpaqlarımızdan qovulması üçün bacardığını etdi. Azərbaycan xalqı bir yumruq oldu və sübut etdi ki, bu yumruğun qarşısında heç bir terrorçu və milliyətçi-faşist qüvvələri tab gətirə bilməz!

Müharibənin ilk dəqiqələrindən biz, Britaniyada yaşayan azərbaycanlıların ürəyi, düşüncələri, canı sizinlə bir olaraq, Qarabağın döyüş meydanlarında oldu. Biz də burada Azərbaycanımızın haqq mübarizəsinə bacardığımız tohfəni verməyə çalışdıq, Azərbaycan xalqının ayrılmaz bir hissəsi olduq və biz də bu Qələbəni həyatımızın ən şad xəbəri və ən böyük nailiyyəti kimi qəbul etdik.

Bütün Azərbaycan xalqı kimi biz də şəhidlərimizin ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq və bildiririk ki, hər bir azərbaycanlı kimi, biz də bu Qələbəni bizə bəxş edən müzəffər Azərbaycan Ordusunun hər bir əsgər, zabit və generalının qəhrəmanlığını, şücaətini heç vaxt unutmayıb, bu hissi balalarımız, nəvələrimiz, gələcək nəsillərimizə çatdıracağıq. Ali Baş Komandan başda olmaqla, bizə bu tarixi qələbəni yaşatdıqlarına görə sağ olsunlar!

Biz bilirik ki, mənfur düşmən hələ də öz ambisiyalarından çəkməyib və bütün cəbhələrdə, xüsusən də beynəlxalq səviyyədə Azərbaycana qarşı mübarizəni daha böyük azğınlıqla aparacaq. Biz Azərbaycan xalqına, Azərbaycan Ordusuna, Azərbaycan hökümətinə demək istəyirik ki, Britaniyada yaşayan minlərlə azərbaycanlı daim sizinlədir və bu mübarizəni sizinlə daim çiyin-çiyinə aparacaq. Biz söz veririk ki, Azərbaycanımız üçün əlimizdən gələn dəstəyi edirik və edəcəyik.

Qələbəmiz Mübarək!”

Xatırladaq ki, Britaniya Azərbaycanlıları Assosiasiyasının prezidenti azərbaycanlı keçmiş kikboksçu Hafiz Baxşəliyevdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30