19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Minifutbol

Hikmət Hacıyev: "Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır"

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan torpaqlarının işğalına son qoymaqdan ibarətdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə olan xarici diplomatlar və hərbi ataşelərin iştirak etdikləri mətbuat konfransında bildirib.

H.Hacıyev xatırladıb ki, Azərbaycan həm dövlət başçısı, həm də Dağlıq Qarabağın azərbaycanlı icması timsalında Qarabağda iki xalqın dinc yaşamasına dəfələrlə çağırış səsləndirib:

“Əfsuslar olsun ki, bizim bu çağırışlar qulağardına vuruldu. Gəncəyə son hücumlardan da göründüyü kimi, Azərbaycanın məhz dinc əhalisi həyat təhlükəsilə üzləşir. Azərbaycanlı qaçqınların, məcburi köçkünlərin də hüquqları təmin olunmalıdır. Ermənistan tərəfi Azərbaycanda mümkün qədər çox insanı öldürməyə çalışır, bunun başqa adı yoxdur. Halbuki beynəlxalq hüquq normalarına görə münaqişə tərəfləri mülki və hərbi obyektlər arasında dəqiq fərq qoymalıdır. Ermənistan isə bu fərqi qoymur. Beynəlxalq sənədlər dinc şəhər və kəndlərə hücumları, bombardmanı qadağan edir”.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərinə dair mövcud dəlil-sübutları toplanıb və təqsirkarları məsuliyyətə cəlb etmək üçün müvafiq qaydada aidiyyəti beynəlxalq qurumlara təqdim ediləcək.

“Bununla yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma rejim yaratdığına görə də Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır”, - H.Hacıyev qeyd edib.

“Biz döyüş meydanında ölmüş əsgərlərin cəsədlərini dövlət sərhədinin Tovuz rayonu ərazisindəki dəhliz vasitəsilə Ermənistan tərəfinə verməyə hazır idik. Təəssüf ki, onlar bundan imtina edərək məsələyə hansısa siyasi don geydirməyə çalışırlar”, - H.Hacıyev vurğulayıb ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30