20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

İlham Əliyev: "İstənilən yolla torpağı alacağıq, hər kəs bunu bilsin!"

“Baxın, onlar Füzuliyə hansısa bir eybəcər ad veriblər. Bu ad sizin başınıza dəysin. Bu ad cəhənnəmə getsin. Bu ad yoxdur artıq. Madagiz adı da yoxdur. Suqovuşandır. Başqa bizim tarixi adlarımızı da bərpa edəcəyik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

“Şuşaya dırnaqarası qurumun parlamentini köçürdürdün bəs, get köçür, görüm necə köçürəcəksən. Bu saxta, quldur dəstə başçısının dırnaqarası andiçmə mərasimi keçirilən yer nə gündə oldu, darmadağın etmişik oranı, darmadağın! 7 şərt qoyurdun bizim qarşımızda, ultimatumla danışırdın. Görüm, hansı şərti qoyursan?! Nə oldu bəs? Onun-bunun ətəyindən yapışıb, yıxılıb onun-bunun ayağının altında imdad diləyirsən ki, Azərbaycanı durdurun, Azərbaycana deyin ki, dayansın. Çıx torpağımızdan, dayanaq, rədd ol torpağımızdan, dayanaq. Mən bunu demişəm, gizlətmirəm. Azərbaycan xalqı da bunu deyir. Hər gün bunu deyirəm. Çıx, de ki, sabah mən buradan çıxıram – dayanırıq. Bizə qan tökmək lazım deyil, bizə torpaq lazımdır. İstənilən yolla bu torpağı biz alacağıq. Hər kəs bunu bilsin!”, - Prezident vurğulayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30