29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

AFFA Tovuzdakı stadion və Futbol Akademiyası üçün yeni tender elan etdi

AFFA Tovuzdakı stadion və Futbol Akademiyası üçün yeni tender elan etdi

AFFA Tovuz rayonunda yerləşən və “Turan Tovuz Peşəkar Futbol Klubu” ictimai birliyinin nəzdində fəaliyyət göstərən Futbol Akademiyası və Tovuz şəhər stadionu üçün müvafiq avadanlıqların alınması üzrə tender elan edib.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq. Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Tenderdə iştirak etmək istəyənlər qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi"ni, eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi  qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubunu sentyabrın 15-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərə bilər.

İşin təhvil verilməsi üçün son tarix kimi 5 oktyabr müəyyənləşdirilib. Ödənişin yarısı öncədən, yarısı mallar təhvil verildikdən sonra ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31