19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

"Qazandığımız təcrübə "Qəbələ"yə faydalı olacaq"

 

Futbol və digər idman növləri qədər əməkdaşlarının ölkə xaricində təkmilləşməsinə də xüsusi diqqət ayıran “Qəbələ” Futbol Klubunun meydançalar və ot üzrə mütəxəssisləri - Orxan Yunusov və Ruslan Abdullayev bu yaxınlarda İstanbulda təcrübədə olublar. Futbolxeber.az-ın məlumatına görə, Türk Telekom Arena və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunun ot örtükləri ilə bağlı praktiki məşğələlərdə iştirak edən klub əməkdaşları qazandıqları təcrübənin həm onların gələcək karyerasında, həm də “Qəbələ” meydançalarının daim ideal vəziyyətdə olmasında önəmli rol oynayacağını vurğulayıblar. Orxan Yunusov gabalafc.az-a açıqlamasında səfərin təfərrüatları barədə danışıb:
 
“Biz qardaş ölkəyə daha öncə “Qəbələ” Futbol Klubunda çalışmış, hazırda İstanbulda fəaliyyət göstərən Filip Şarplesin dəvəti ilə yollandıq. “Galatasaray”ın oyunlarını keçirdiyi Türk Telekom Arenada və Recep Tayyip Erdoğan adına Kasımpaşa stadionunda təcrübə keçdik. Səfər müddətində sözügedən stadionlarda istifadə edilən yeni texnikalar və onların fəaliyyət mexanizmi ilə tanış olduq. TT Arenada gün işıqlarını əvəz edən süni işıqlandırma qurğularının qoşulması qaydaları və bu qurğuların otun inkişafındakı müstəsna rolu barədə məlumatlar aldıq. Toxumun səpilməsindən sonra onun cücərməsini və inkişafını sürətləndirən xüsusi örtüklərin istifadəsini öyrəndik. Sonda mənə və Ruslana bu sənətin sirlərini öyrədən Filip Şarples yeni məhsullar barədə bizi məlumatlandırdı. Qazandığımız təcrübə gələcək karyeramızda mühüm rol oynayacaq və “Qəbələ”yə faydalı olacaq”.   
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30