20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Zaur Axundov üçün əlamətdar gün

“KEŞLƏ”NİN PREZİDENTİ 47 YAŞINDA

Bu gün Azərbaycan Futzal Federasiyasının prezidenti, “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundov üçün əlamətdar gündür.

Futbolxeber.az saytının məlumatına görə, Z.Axundovun 47 yaşı tamam olur.

Axundov Zaur Asif oğlu 1973-cü il iyulun 28-də Naxçıvan şəhərində anadan olub. 1990-cı ildə A.S.Puşkin adına orta məktəbi bitirib. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində, 2007-11-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

2008-ci ildən Azərbaycan Futzal Federasiyasının prezidenti, 2017-ci ildən AFFA-nın İcraiyyə Komitəsinin üzvü, elə həmin ildən “Keşlə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədridir. Rus, ingilis dillərini bilir.

Evlidir, üç övladı var.

Futbolxeber.az saytı əlamətdar gün münasibəti ilə Zaur bəyi təbrik edir, səbəbkara uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayır. Ad gününüz mübarək, Zaur bəy!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30