23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

AFFA-nın iştirakçısı olduğu layihə üçün Avropa Birliyindən qrant ayrıldı

SportEnt - idmançılara ikili karyera imkanı yaradılmasını nəzərdə tutan layihəyə Avropa Birliyinin Erasmus+ proqramı çərçivəsində qrant ayrılıb.

Futbolxeber.az saytının məlumatına görə, layihədə AFFA-dan başqa Sloveniya Futbol Assosiasiyası, Makedoniya Futbol Federasiyası, Beynəlxalq Basketbol Federasiyası, "TDM 2000 International" (İtaliya), "Caceres Chamber of Commerce" (İspaniya) və "EU15 ltd" (Birləşmiş Krallıq) şirkətləri iştirak edir.

Layihə çərçivəsində idmançıları idmanda qazanılmış xüsusiyyətlərə əlavə olaraq sahibkarlıq təlimləri vasitəsilə şəxsi işini qurmağa hazırlamaq nəzərdə tutulub. Məqsəd idmanla məşğul olan şəxslərə (18-30 yaş) öz sahibkarlıq bacarıqlarını inkişaf etdirməklə məşğulluq potensialını artırmaq üçün real imkanlar yaradacaq təlimlər və tədris materialları hazırlamaqdır. Futbol digər idman növlərinə tətbiq edilə biləcək metodoloji nümunə kimi götürüləcək. Layihənin ilk mərhələsi olaraq iştirakçı ölkələrdə futbolçular arasında futboldan sonrakı karyeraları ilə bağlı sorğu keçirilir. Layihə ilə bağlı ətraflı məlumatı www.sportent.org internet səhifəsindən əldə etmək olar.

Avropa Komisiyası və UEFA arasında Avropada idmana birgə investisiya ilə bağlı bəyənnamə imzalanıb və bu Avropa birliyinə üzv olan və olmayan ölkələrin Milli Assosiasiyalarına müxtəlif layihələr üzrə birbaşa investisiya və dəstək proqramlarında iştirak üçün şərait yaradır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30