23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

E-Milli Liqada I tura yekun vuruldu: 14 oyunda 128 qol

Premyer Liqa, Birinci Divizion, Region Liqası, Qadınlar Yüksək Liqası, çimərlik futbolu,​ futzal, əlillərdən ibarət komandalar arasında təşkil edilən E-Milli Liqanın I turuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən çempionatda ümumilikdə 28 komanda iştirak edir.

7 qrupda keçirilən 14 oyunda 128 qol vurulub. E-Milli Liqanın ən maraqlı oyunları EML-in sosial media səhifələrində canlı yayımlanır.​ Çempionatın açılış oyunu olan “Səbail” - “Qarabağ” matçı 6,700-dən çox baxış sayı ilə izləmə rekorduna imza atıb.​ E-Milli Liqada II turun oyunlarına bu gün start veriləcək.

​Eyni zamanda, ilk dəfə təşkil olunan EML-də bir sıra yeniliklər edilib. Futbol və kiberidman həvəskarları üçün məşhur futbolçuların və klub rəsmilərinin iştirakı ilə “eSöhbətlər” podkast layihəsinə start verilib.

Liqanın rəsmi Youtube səhifəsində yayımlanan podkast-da bir-birindən maraqlı qonaqların iştirakı ilə ölkədə kiberfutbolun və kiberidmanın vəziyyəti, klubların öz “eFootball” komandalarında oyunçuları seçmələri haqqında, həmçinin, fanatların klublara EML-də göstərdiyi dəstəkdən və peşəkar futbolçuların “eFootball” komandalarına olan marağından söhbət açılıb.

​Bundan əlavə, E-Milli Liqa Rusiya Kiberfutbol Federasiyası ilə əməkdaşlıq sazişi imzalayıb. Əməkdaşlıq çərçivəsində, EML-də ən yüksək nəticə göstərmiş oyunçular və komandalar RKF tərəfindən keçirilən beynəlxalq “eSport” turnirlərində iştirak edəcək, ölkəmizi xaricdə təmsil etmək hüququ qazanacaqlar. İkinci turdan etibarən, EML iştirak edən komandalar Rusiya Premyer Liqasını təmsil edən klubların “eFootball” komandalarına qarşı da oyunlar keçirəcək. Bütün oyunlar EML sosial media səhifələrindən və www.EML.az veb saytından canlı yayımlanacaq.

Eyni zamanda, PES2020 Mobile oyunun həvəskarları üçün EML Mobile layihəsinə start verilir! Qeydiyyat 25 İyun tarixində başlayacaq. Ətraflı məlumat yaxın günlərdə www.eml.az veb saytında veriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30