29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Mübariz ola bilməyənlər... (QEYD)

VƏ YA MƏNSİMOV, MƏMMƏDOV KİMİ DƏYƏRLƏRİMİZİN DƏYƏRİNİ BİLMƏDİYİMİZ ÜÇÜN DƏYƏRSİZLƏRİN KÖMƏYİNƏ MÖHTAC QALDIQ

Mübariz Mənsimov həbsdən öncə ağır əməliyyat keçirməsi səbəbindən həbsxana şəraitində hər gün müalicə alır, lakin qaraciyərinin böyüməsinə görə dərmanlar kömək etmir. Buna görə sağlığında ciddi problemlər yaranıb və hətta vəkilləri ilə danışmağa çətinlik çəkir.

Bu paylaşımı dünən axşam saatlarında Feysbukda gördüm. Nə qədər həqiqəti əks etdirdiyini deyə bilmərəm. Əgər yazılanlar doğrudursa, min təəssüf...

Əslində, Mübariz Mənsimova qarşı münasibətim birmənalı olmayıb, nə gizlədim. Söhbət təkcə uzun illər "Xəzər Lənkəran"ın prinsipial rəqiblərindən biri olan “Bakı”da çalışmağımdan getmir. Başqa 1-2 məsələ də var - jurnalist-klub münasibəti kimi. Hətta bu yaxınlarda Mübariz bəyin sosial şəbəkədə halallıqla bağlı paylaşımını oxuduqdan sonra İnstaqramda özünə geniş məktub da yazmışdım.

Məlum məsələdir ki, heç kim ideal deyil, hər birimizin səhvi var - kimisində az, kimisində çox. Amma bu ölkədə təkcə müğənnilərə deyil, həqiqətən də ehtiyacı olanlara kömək etmiş/edən oliqarxların sayı bəlkə də bir əlin barmaq sayı qədərdi. Və o sırada Mübariz Mənsimov öncüllərdəndi. Səxavətinə görə Mənsimov on minlərin, bəlkə də yüz minlərin sevgisini qazanıb. Amma bu gün onun haqqını neçə nəfər qoruyur? Yaxşılıq etdiklərinin heç biri faizi də etmir.

Əslində, təəccüblənmirəm. Şəxsən mənə tanış mənzərədi. Bu etapı illər öncə keçmişik. “Xəzər Lənkəran”ın aqibətini “Bakı”da görmüşük. Mübariz Mənsimovun yaşadıqlarını isə Hafiz Məmmədovun timsalında. Min şükür ki, Hafiz Məmmədovun vəziyyəti o həddə çatmadı. Amma məsələ burda insanların vəfasızlığıdı. Mənsimov kimi Hafiz Məmmədov da on minlərlə insana çörək verib, saysız-hesabsız yaxşılıqlar edib. Gəl ki, vəziyyət bir qədər pisləşən kimi əqidəsizlərin hamısı qaçdı. İllərlə sayəsində çörək yedikləri, ailələrini dolandırdıqları, övladlarına təhsil verdikləri, ev-eşik sahibləri etdikləri, xeyir-şərlərinin bütün xərclərini qarşılayan adamı bir anda “unutdular”. Kimsə “işləyib, pul qazanıblar da” deyə bilər. Amma işin içində olanlar bilir ki, elə deyil. Hamı işləyir. Lakin hər rəhbər Hafiz Məmmədov ola bilməz. Bilməyəcək də...

Mübariz Mənsimovun/“Xəzər Lənkəran”ın sayəsində onlarla məşqçi, futbolçu, klub rəsmisi, texniki işçi, jurnalist illərlə qazanc əldə edib. Dəfələrlə xarici ölkələrə səfər ediblər. Bu gün onlardan neçəsi Mübariz Mənsimovun həbsi ilə bağlı hər hansı bir paylaşım edib? Eh dünya, dünya...

Bütün bunlar cəmiyyətimizin acı reallığının göstəricisidi: yıxılanın dostu olmur və ya biz bizə edilən yaxşılığı çox tez unuduruq...

Bu gün koronavirus pandemiyasına görə çətinlik çəkən, hətta bir parça çörəyə həsrət qalan ailələrə yardım edilir. Amma təəssüf ki, edilən yaxşılıqların 90, bəlkə də daha çox faizi reklam xarakteri daşıyır. Çünki biz uşaqlıqdan “sağ əlin verdiyini sol əl bilməməlidir” deyimini eşitmişik. Dinimiz də buyurur ki, kimsəyə yaxşılıq edəndə elə et ki heç kim bilməsin. Tanrı bilsin, kifayət edər. Gəl ki, bu gün yaxşılıq edənlərin əksəri bunu gözə soxmaq üçün edir. Halbuki yuxarı da qeyd etdiyim kimi, Hafiz Məmmədov, Mübariz Mənsimov on illər boyunca yüzlərlə, minlərlə ehtiyacı olana yardım etsələr də, bunu gözə soxmayıblar, yaxşılıqları ilə reklam olunmayıblar. Etdikləri yaxşılıqlar dillərdən dilə dolaşıb. Bəlkə də günah cəmiyyətdədi. Məmmədovların, Mənsimovların dəyərini bilməməyin axırı məhz belə olmalıdı idi: dəyərsizlərin bir tikə çörəyinə möhtac qalmaq. Allah bizi (sizi) evim(n)izə ayaqqabı ilə daxil olub, “pokazuxalıq” üçün yaxşılıq edənlərdən qorusun.

Tanrı Mənsimovun da qapısını açsın! Bu ölkənin Mübarizlərə ehtiyacı var.

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31