19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Minifutbol

AVRO-2020-yə 100 gün qalmış “Skillzi” Bakı gəzintisinə çıxdı

Bu gün - futbol üzrə Avropa çempionatının başlamasına 100 gün qalmış AVRO-2020-nin rəsmi talismanı, “Skillzi” çempionatın Bakı şəhəri üzrə fristaylerləri - veteran futbolçu Nuqzar Kvirtiya və Kader Alimova ilə birlikdə paytaxta gəzintiyə çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, “Skillzi” və dostlarının “küləklər” şəhərindəki sərgüzəştləri paytaxt sakinləri tərəfindən böyük maraqla qarşılanıb.

Əlamətdar gündə baş tutan bu gəzinti paytaxtımıza xüsusi rəng qatıb. “Skillzi” və dostları gəzintilərinə Bakının mərkəzindən - Nizami küçəsindən başlayıblar. Daha sonra “küləklər şəhəri”nin tarixi yerlərindən olan İçərişəhərə gedən dostlar Qız qalası, Şirvanşahlar sarayı, Atəşgah, Yanardağ kimi turistik yerlərə, eləcə də bir sıra muzeylərə baş çəkiblər.

Qeyd edək ki, talismanın adı ingilis dilində “bacarıq” mənasını daşıyan “skills” sözündən götürülüb. “Bacarıqlı oğlan” ilk dəfə bu il martın 24-də Niderland və Almaniya arasında matç zamanı təqdim edilib.

Öncədən bəlli olduğu kimi, A qrupunun 3 oyunu - həmçinin, 1/4 final mərhələsinin 1 qarşılaşması - Bakı Olimpiya Stadionunda keçiriləcək. Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

1/4 final oyunu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30