24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Minifutbol

Maşallah Əhmədovun 60 illik yubileyi qeyd olundu

Dünən “Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədovun 60 yaşı tamam oldu.

Futbolxeber.az saytının məlumatına görə, səbəbkarın yubileyi şəhərdəki restoranlardan birində təntənəli surətdə qeyd edildi. 100-dən artıq qonağın bir araya gəldiyi məclisin aparıcısı tanınmış idman jurnalisti Sənan Şəfizadə idi. Tədbiri açıq elan edən Şəfizadə sözü ilk öncə elə səbəbkara verdi. Qonaqları salamlayan Maşallah Əhmədov xoş gündə onu tək buraxmayan məclis iştirakçılarına minnətdarlığını bildirdi.

Tədbirin gedişində İdman naziri Azad Rəhimovun təbrik məktubu təqdim olundu. Maşallah Əhmədova məktubu nazirliyin əməkdaşı Əliniyaz Mirzəyev təqdim etdi.

AFFA adından yubilyarı baş katibin müavini Sərxan Hacıyev təbrik etdi. Millimizin 60 nömrəli formasını Maşallah Əhmədova AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadov təqdim etdi.

Maşallah Əhmədovun uzun illər formasını geydiyi “Neftçi” klubu da xoş gündə səbəbkarı unutmadı. Klubun Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov “Neftçi”nin 60 nömrəli formasını Əhmədova hədiyyə etdi.

Millət vəkili Fazil Mustafa çıxışında “Neftçi”nin SSRİ çempionatındakı çıxışlarını xatırlamaqla yanaşı, İsgəndər Cavadov kimi Maşallah Əhmədovun da adına futbol akademiyasının yaradılmasını arzuladığını bildirdi.

Məclisin əsasını futbol veteranları təşkil etsə də, digər idman növünün təmsilçilərinə də rast gəlmək mümkün idi. Bu baxımdan voleybol mütəxəssisi Faiq Qarayev və digərlərini qeyd etmək olar.

Tədbir boyu rejissor Tahir Tahiroviçin hazırladığı  6 qısametrajlı film nümayiş olundu. Filmlərdən görüntülər Gəncə, Bakı və Naxçıvanda lentə alıb. Hətta Maşallah Əhmədovun ata-baba yurdunda da çəkiliş aparılıb.

Digər çıxış edənlərdən “Neftçi”nin ilk prezidenti Aydın İbrahimov, İsgəndər Cavadov, Oqtay Abdullayev, Yaşar Seyidov, Yaşar Vahabzadə, Babək Alxasov, İlham Yadullayev, səbəbkarın dostu, Müdafiə Nazirliyinin polis-polkovniki Elbrus Rüstəmov və digərlərinin adını çəkmək olar.

Məclisin sonunda Əməkdar artist, skripka ustası Səlim Abbasov da Maşallah Əhmədovla bağlı xatirlərini bölüşdü. Futbol həvəskarı olan Səlimin gözəl ifasının sədaları altında veteranlar rəqs meydanında da bacarıqlarını nümayiş etdirdilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30