26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Qarabağ qaziləri yaşıl meydanda

Azərbaycanda ilk dəfə amputa klubların çempionatına start verilib.

Futbolxeber.az saytının “Qafqazinfo” xəbər verir ki, artıq çempionatın ilk oyunu da baş tutub.

Abşeron Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada “Qarabağ”la “Sumqayıt” üz-üzə gəlib. “Gənclik şəhəri”nin təmsilçisi bu matçdan son dəqiqələrdə vurulan 1 qolla qalib gəlib.

Çempionatın növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək. 4 komanda Qərb zonasını - Gəncə və Tovuzu təmsil edir. 4 komanda isə paytaxt və Sumqayıtdan formalaşıb.

Çempionatın keçirilməsində əsas məqsəd milli komandanı formalaşdırmaqdır. 2020-ci ildə Polşada keçiriləcək Avropa çempionatına vəsiqə qazanan yığma komandamızın oraya yollanması üçün liqanın keçirilməsi təşəbbüsü göstərilib.

Komandaların əksəriyyətinin heyəti Qarabağ qazilərindən təşkil olunub. 

“Qarabağ” komandasının ən yaşlı üzvü Rasim Ələkbərov çempionat keçirildiyi üçün gənclərin amputa futboluna maraq göstərəcəyinə inandığını bildirib: “Məqsədimiz vətənə səngərdə xidmət etdiyimiz kimi burda da xidmət etməkdir. İstəyirik ki, 2020-ci ildəki Avropa çempionatına yollanaq. Hələlik komandaların üzvlərinin sayı azdır. İstəyirik ki, çoxalsın, əlil gəncləri dəvət edirəm, bizə qoşulsunlar. Mən bu yaşlı vaxtımda bacarıramsa, onlar da bacararlar. Hər kəsə qapımız açıqdır”.

“Sumqayıt”ın kapitanı Çingiz Məmmədov da çempionatın təşkilinə sevindiklərini bildirib: “Biz bunun təşkil olunması üçün əlimizdən gələni etdik. 1 ildir ki, amputa futbolu oynayırdıq. Lakin çempionat yox idi. Artıq liqa da var və biz sevinirik. Daha yaxşı olması üçün əlimizdən gələni edəcəyik. Məşqlər də edirik, formalarımız da düzələcək. Getdikcə daha yaxşı çempionat keçirəcəyik”.

Qeyd edək ki, meydançada futbolçu sayının az olması xüsusi diqqət çəkirdi. Hər komandada yalnız meydana çıxacaq qədər futbolçu var. Əgər kimsə zədələnsə, meydanda onu əvəz edəcək oyunçular yoxdur. Bundan təşkilatçılar da narahat olaraq kütləviliyin artırılmasının vacib olduğunu bildiriblər. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30