25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Eddi İsrafilov həbs oluna bilər

Millimizin və İspaniya "Albasate"sinin futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.

Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də,  onlar buna məhəl qoymayıb, hətta digər şəxslərə də yayıblar. Videonu yayanlardan biri də məhz İsrafilov olub.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.

Qeyd edək ki, prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30