24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

Bakı “Avro-2020”: yeni sayt istifadəyə verildi

Avro-2020-nin 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsinin 1 qarşılaşmasının Bakıda keçirilməsi əlaqədar yeni sayt istifadəyə verilib.

Futbolxeber.az-ın məlumatına görə, informativ xarakterli https://euro2020.affa.az/ ünvanındakı saytda azarkeşləri maraqlandıra biləcək xüsusi bölmələr üzrə məlumatlar yerləşdirilib. Azərbaycan və ingilis dilində fəaliyyət göstərən sayta daxil olanlar Avro-2020 ilə əlaqədar Bakıda təşkil olunacaq tədbirlərlə bağlı məlumat əldə edə, həmçinin ən son xəbərləri oxuya bilərlər.

Saytda paytaxtımıza gələn turistlər və şəhərimizin qonaqları üçün Bakının görməli yerləri və ləzzətləri, viza məsələləri, eləcə də nəqliyyat ilə bağlı ətraflı informasiya da yerləşdirilib.

Futbol həvəskarlarının Bakıda keçiriləcək oyunlarla əlaqədar sualları daha çox bilet satışı ilə bağlıdır. Bu məqamı nəzərə alaraq, saytda xüsusi bölmə fəaliyyət göstərir. Azarkeşlər bölməyə keçid edərək, ümumi biletlərin satışı, bilet kateqoriyaları, qiymətlər və VIP biletlərlə bağlı bütün suallara cavab tapa bilərlər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30