28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Elxan Məmmədov Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşdü

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Böyük Britaniya Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri James Sharpla görüşüb.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdən məmnunluğunu ifadə edən tərəflər AFFA ilə İngiltərə Futbol Assosiasiyası arasında mövcud olan əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.

Qeyd olunub ki, Avropa çempionatının 60 illiyinə həsr olunmuş Avro-2020-nin təşkil olunacağı şəhərlərlə bağlı Böyük Britaniya ilə Azərbaycan arasında da kəsişmə nöqtələri var.

Bakı Olimpiya Stadionunda AÇ-nin A qrupunun 3 və 1/4 final mərhələsinin 1 oyunu, İngiltərənin paytaxtı Londonda D qrupunun 3, 1/8 final mərhələsinin 1 matçı, hər iki yarımfinal qarşılaşması və final görüşü, Şotlandiyanın Qlazqo şəhərində isə D qrupunun 3 oyunu və 1/8 final mərhələsinin 1 qarşılaşması təşkil olunacaq. Oyunlara hazırlıq prosesinin müzakirə olunduğu görüşdə azarkeşlərin qeyd edilən Avro-2020 qarşılaşmalarında rahat iştirakının təmin olunmasının vacibliyi vurğulanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31