19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Azərkeşlərimizdən Niderland səfirliyi qarşısında etiraz aksiyası: "Xalımızı geri qaytarın"

Bu gün bir qrup azərbaycanlı azarkeş Bakıda Niderland səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib.

Futbolxeber.az saytının “Futbolpress”ə istinadən verdiyi məlumata görə, onlar ötən gün Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsində Macarıstana hollandiyalı hakim Dennis Yohan Hiqlerin yanlış qərarı ilə uduzmasına etiraz ediblər.

Fanatlar "Azərbaycan, Azərbaycan" şüarı səsləndirib, pankartlar açıblar. Azarkeşlər bildirib ki, Azərbaycana qarşı olan ədalətsizlik hamımıza qarşı olan ədalətsizlikdir.

Pankartlarda "Xalımızı geri qaytar", "Futbol siyasət deyil", "Qolu vermədiyiniz üçün, "çox sağ ol", "Niderland pendirinə hə, Niderland hakiminə yox", "Ədalətsiz qərar" yazılıb.

Niderland səfirliyi etirazlara reaksiya verməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30