29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Minifutbol

Avroliqanın finalında məcburi köçkün ailələrinin uşaqlarına jest

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununda futbolçuları paltardəyişmə otaqlarının dəhlizindən yaşıl meydana aztəminatlı və məcburi köçkün ailələrindən 22 nəfər azyaşlı qız (10-12 yaş arası) müşayiət edəcək.

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, həmin uşaqların bəziləri AFFA-nın “Məktəblərdə futbol dərsi” layihəsinin iştirakçısı, digərləri isə AFFA-nın təşkilatçılığı ilə keçirilən U-13 qızlar Lıqası turnirində mübarizə aparan komandaların üzvləridir.

Dördüncü ildir UEFA Avropa Liqasının Gənclər Proqramı üzrə rəsmi tərəfdaşlarından biri olan Fedex Beynəlxalq yükdaşıma şirkətinin xüsusi çəkiliş qrupu martın əvvəllərində Bakıya səfər edərək lahiyəyə cəlb edilmiş qızların futbola olan maraq və istəklərini işıqlandırmaq məqsədilə videoçarxın çəkilişlərini aparıb, müsahibələr alıblar.

Beləliklə, Bakı Olimpiya Stadionunda mayın 29-da keçiriləcək UEFA Avropa Liqasının final oyunu təkcə qarşılaşmanın təşkilatçıları, azarkeşləri, oyunun rəsmi şəxsləri və finalçı komandaların üzvləri üçün deyil, eləcə də futbolçuların əlindən tutaraq onları yaşıl meydana doğru müşayiət edən uşaqlar üçün də xüsusi və unudulmaz olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31