28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Gürcü futbolçu millimizin üzvünün müalicəsi üçün köməklik göstərdi

Gürcüstan millisinin yarımmüdafiəçisi Cano Ananidze Azərbaycanın 19 yaşadək qızlardan ibarət yığmasının və Kutaisinin "Martve" klubunun futbolçusu Nino Qurgenidzenin müalicəsini maliyyələşdirib.
 
Futbolxeber.az saytının məlumatına görə, gürcü oyunçu qız həmkarının xaricdə bahalı müalicəsi üçün tələb olunan məbləği köçürüb. O, təcili pul toplanmasına dair elanı eşidən kimi bu addımı atıb. Həmyerliləri sosial şəbəkələrdə Ananidzeyə təşəkkürlərini bildiriblər.
 
Cano Ananidze müqavilə üzrə "Spartak"a məxsus olsa da, icarə əsasında "Krılya Sovetov"da çıxış edir.
 
O, Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev və Aleksandr Səmədovun komanda yoldaşıdı. Nino Qurgenidze isə 2016-cı ildən Azərbaycanın aşağı yaşlılardan ibarət yığmalarına dəvət alır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31