29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

"Xəzər Lənkəran"lı futbolçular azarkeşlərlə görüşdülər

Bu gün “Xəzər Lənkəran”ın futbolçularından Adrian Skarlatake, Vanderson Skarduelli, Orxan Sadıqlı və Rasim Ramaldanov klubun fəal azarkeşlərindən bir qrupu ilə görüş keçirdi. Futbolxeber.az-ın məlumatına görə, mətbuat konfransı salonunda baş tutan görüş saat 19-da başladı və giriş sözü ilə çıxış edən “Xəzər Lənkəran” klubunun mətbuat katibi Hüseyn Cəbrayıloğlu bu görüşü keçirməkdə komandanın düşdüyü uğursuzluq zolağından çıxmaq üçün futbolçulara əlavə motivasiya vermək, azarkeşlərin ürəyində olan sözlərin futbolçulara çatdırmaqda körpü rolunu yaratmağı və ən əsas “Simurq”la görüşün dönüş oyunu olmasını bütöv camiə olaraq dərk etməkdə olmasını əsas məqsəd olduğunu bildirdi. Daha sonra azarkeşlərdən Asif Əhmədov, Rövşən Əsədov, Ramal Novruzov, ağsaqqal azarkeşlərdən Raqib və Arif dayı çıxış edərək futbolçulara inandıqlarını, bütün komandanın tək yumruq kimi birləşib sabah qələbə üçün meydanda döyüşmələrini istədilər. Azarkeşlərin təklif və iradlarını səmimiyyətlə qəbul edən futbolçular onların istəklərini digər futbolçu yoldaşlarına çatdıracaqlarına söz verib ardıcıllıqla öz fikirlərini də çatdırdılar. Sonda görüşdə iştirak edən futbolçular meydanda qələbə üçün vuruşacaqlarına and içdilər.


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31