25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Minifutbol

Ukraynalı futbolçu Müslüm Maqomayevin mahnısını oxudu

Ukrayna milli komandasının və Donetsk "Şaxtyor"unun futbolçusu Sergey Krivtsov Azərbaycanın əfsanəvi müğənnisi və bəstəkarı Müslüm Maqomayevin "Mavi əbədiyyət" ("Sinyaya veçnost") mahnısını ifa edib.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi məşhur musiqini yığmanın UEFA Millətlər Liqasında qrup qalibi adını vaxtından əvvəl qazanaraq, elit diviziona və "play-off"a vəsiqə qazanması şərəfinə səsləndirib.

Bu münasibətlə təşkil olunmuş gecədə Ukrayna Futbol Federasiyasının prezidenti Andrey Pavelko və baş məşqçi Andrey Şevçenko da iştirak edib. Krivtsovun komandaya dəstək məqsədilə oxuduğu mahnı gur alqışlarla qarşılanıb.

Qeyd edək ki, Ukrayna yığması Millətlər Liqasında son matçını noyabrın 16-da Slovakiyaya qarşı keçirəcək. Noyabrın 20-də isə Türkiyə ilə yoldaşlıq görüşü nəzərdə tutulub (“Report”).  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30