25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

"CBC Sport" 3 yaşını qeyd edir

"CBC Sport" telekanalı üçün bu gün əlamətdar gündür.

Futbolxeber.az saytının məlumatına görə, idman kanalının əsas yayıma keçməsindən 3 il ötür.

"Caspian İnternational Broadcasting Company Sport" ("CBC Sport") Azərbaycanın ən gənc televiziya kanalıdır. 9 avqust 2015-ci ildə internet, 1 oktyabr 2015-ci ildə test yayımı başlayıb. 1 noyabr 2015-ci il tarixindən isə əsas yayıma keçib. Azərbaycanda 11-ci ümumrespublika telekanalı olan "CBC Sport" ölkədə ilk “HD” təsvir formatında yayımlanan televiziya kanalıdır.

8 sentyabr 2015-ci ildə Milli Televiziya və Radio Şurası tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq “CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

“AzərKosmos” ASC ilə "CBC Sport" televiziya kanalı arasında bağlanmış müqaviləyə əsasən 2 noyabr 2015-ci il tarixdən etibarən 11135/H/27500 tezliyi ilə Azerspace-1 peyki üzərindən yayıma başlayıb.

"CBC Sport" Azərbaycan Premyer Liqasının 2015/16-cı il mövsümündən 3 il ərzində eksküliziv yayım hüququna malikdi. Telekanal bu ilin avqustunda 4 mühüm yarışın teleyayım hüququna yiyələnib - Çempionlar Liqası, Avropa Liqası, UEFA Millətlər Liqası və İspaniya La Liqası.  Həmçinin, "CBC Sport"  İtaliya,  Hollandiya, Rusiya çempionatlarının, Türkiyə Kubokunun, Amerika Milli Basketbol Liqasının, beynəlxalq tennis yarışlarımı tamaşaçılara canlı təqdim edir.

Futbolxeber.az saytı "CBC Sport" kanalının hər bir əməkdaşını təbrik edir, gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayır. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30