29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

“Bakı” üçüncü, “İnternasional” çempion oldu

AFFA-nın dəstəyi, İctimai Futbol Təşkilatları İB-nın təşkilatçılığı ilə idman jurnalistləri arasında keçirilən “Media turniri-2”yə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın həyətindəki meydanda keçirilən ilk oyunda bürünc medalın sahibi müəyyənləşib. İnamlı qələbə qazanan “Bakı” ilk dəfə yarışı mükafatçılar sırasında başa vurmağı bacarıb.

Həlledici qarşılaşmada isə ilk turnirin finalçısı ilə bürünc medalçısı üz-üzə gəlib. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Qarşılaşmanın başa çatmasına 2 dəqiqə qalmış Anar Əsədovun qolu sayəsində hesabda önə keçən “İnternasional” “Media turniri-2”nin qalibi olub.

Final oyunu başa çatdıqda sonra komandalar medallar və kuboklarla təltif ediliblər. “Bakı”, “İdman Azərbaycan” və “İnternasional”a müvafiq olaraq bürünc, gümüş və qızıl medallar, eyni zamanda hər üç komandaya kubok təqdim edilib.

“İnternasional”ın qapıçısı Yusif Hüseynov turnirin ən yaxşı qapıçısı, “Bakı”nın təcrübəli hücumçusu Elnur Əşrəfoğlu isə ən yaxşı oyunçu nominasiyasına layiq görülüb.

Yeri gəlmişkən, Əşrəfoğluna mükafatı təqdim edən futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev Avropa çempionatının final mərhələsində geyindiyi millinin formasını da hədiyyə edib. Turnirin bombardiri isə 15 qol vuran Xanoğlan İmanov olub.

Komandalara mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Firuz Abdulla, PFL-in Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aslan Şahgəldiyev, futbol veteranı Asim Xudiyev, futzal üzrə Azərbaycan millisinin kapitanı Rizvan Fərzəliyev təqdim ediblər.

3-cü yer uğrunda oyun

“Futbol+” - “Bakı” 3:7

Final

“İnternasional” - “İdman Azərbaycan” 1:0

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31