25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

"Bakcell Arena" ilə bağlı yeni qərar

Bakcell şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Bakının Nizami rayonu ərazisində yerləşən stadionun “Bakcell Arena” adlandırılması üzrə müqavilənin müddətinin uzadılmasına dair razılığa gəliblər.

Futbolxeber.az-ın "Bakcell"in rəsmi saytına istinadən verdiyi məlumata görə, əldə edilmiş razılığa əsasən, qeyd olunan stadion növbəti il ərzində də “Bakcell Arena” adlandırılacaq.

Qeyd edək ki, ümumi ərazisi 22 min 500 kv.m. olan stadionun tikintisinə 2010-cu ilin may ayında başlanıb və beynəlxalq standartlara cavab verən stadion qısa bir müddət ərzində istifadəyə verilib. Bakcell ilə AFFA arasında bağlanmış müqaviləyə əsasən, stadion 2013-cü ildə əsaslı şəkildə modernləşdirilərək “Bakcell Arena” adlandırılıb. 11 min tamaşaçı yeri olan “Bakcell Arena” ümumi, media və VİP olmaqla üç giriş hissədən və beş sektordan ibarətdir. Stadionda 17 VİP skayboks, tribunanın alt hissəsində komandaların istifadəsi üçün dörd soyunub-geyinmə, məşqçilər, hakimlər, həkimlər üçün otaqlar, mətbuat nümayəndələri üçün otaqlar və konfrans zalları, dopinq-nəzarət və digər otaqlar yerləşir. Stadionun 300 avtomobil tutan dayanacağı var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30