24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Minifutbol

Böyükağa Hacıyevin səhhəti sabitləşir

"Böyükağa Hacıyev xəstəxanamıza kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olmuşdu. Həmin vaxt ürəyin gücü 20 faiz idi".
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov deyib. F.İbrahimov bildirib ki, görülmüş tədbirlər nəticəsində xəstənin vəziyyəti sabitləşməyə başlayıb: "Böyükağa müəllimin ürəyinə 2 stent qoyduq, əlimizdən nə gəlirdisə, etdik. Hazırda vəziyyəti sabitliyə doğru gedir".
 
Tanınmış mütəxəssisin hələlik yeni əməliyyata ehtiyacının olmadığını bildirən həkim xəstənin reanimasiya şöbəsində qalmasının gərəklini vurğulayıb: "Pasiyentimizin əvvəllər digər xəstəlikləri də olub. Bunların müalicə prosesinə təsiri olduğundan, xəstəliyi hələ də risklidir. Ona görə reanimasiya şöbəsində daha iki gün qalmasına ehtiyac var. Daha sonra vəziyyətini qiymətləndirərək, müvafiq qərar qəbul edəcəyik. Hələlik yeni əməliyyata ehtiyac yoxdur".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30