16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Mərhum Akif İsmayılovun ad günüdür

Bu gün Respublika stadionunun keçmiş direktoru, mərhum Akif İsmayılovun ad günüdür.

Futbolxeber.az saytının məlumatına görə, yaşasaydı, bu gün Akif İsmayılovun 54 yaşı tamam olacaqdı.

Mərhum uzun sürən xəstəlikdən sonra 2016-cı ilin 26 fevralında dünyasını dəyişib.

İsmayılov 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışıb.

O, 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Mərhum vaxtilə futbolçu olub. “Neftçi”nin əvəzedici heyətində, həmçinin “Termist”, Naxçıvanın “Araz”, Sabirabadın “İnşaatçı”, Lənkəranın “Xəzər”, Anatoli Banişevskinin baş məşqçi olduğu dövrdə isə Mingəçevirin “Avtomobilçi” komandasında oynayıb. İsmayılov “Termist”lə Azərbaycan çempionu, “İnşaatçı” ilə Azərbaycan Kubokunun sahibi adını qazanıb. 1989-cu ildə futbolçu karyerasını bitirib.

1999-cu il sentyabrın 3-də keçirilmiş Azərbaycan - Portuqaliya matçından sonra isə həmin dövrdə gənclər və idman naziri olmuş Əbülfəs Qarayevin əmri ilə bura direktor vəzifəsinə təyin olunub.

Allah rəhmət eləsin!




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30