28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Deputatlarla jurnalistlər futbol oynadılar

Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında ölkə prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı  keçirilib.  

Futbolxeber.az saytının modern.az-a istinadən verdiyi məlumata görə, yoldaşlıq oyununda parlamentin futbol komandasına rəhbərliyi Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov edib.

Deputatlar, idmançılar və gənclər təşkilatlarının üzvlərindən ibarət komandanın tərkibi belə olub:

Millət vəkilləri Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov, Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu.

Jurnalistlərin komandasına baş məşqçiliyi  Elşad Eyvazlı edib. Komandanın kapitanı Rəşad Baxşəliyev olub. Komandanın üzvləri Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənli, İsmayıl Abdullayev, Elçin Cəfərov, Hüseyn İsgəndərovdan ibarət olub.

FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda qapılara 5 qol vurulub. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçib.

Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza atıb.

Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurub.

Qeyd edək ki, Fuad Muradov parlament jurnalistlərinin qapısına oyunun ilk dəqiqələrində qol vursa da bu, hesaba alınmayıb və hakim oyundan kənar olaraq dəyərləndirib.

Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirib ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir.

“Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb.  Bu tədbiri keçirməklə prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik.

Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər.

Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab Prezidenti qarşıdan gələn doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək.

İnanıram ki, məhz belə təbrik, tədbir cənab Prezidentə, Azərbaycan xalqına uyğundur. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da bildirib ki, deputatlarla jurnalistlər arasında keçirilən yarış ölkə rəhbəri cənab İlham Əliyevin doğum gününə ithaf olunub.

Veteran futbolçu İsgəndər Cavadov  bildirib ki, hər iki komandanın oyununu maraqla izləyib: “Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdır. Möhtərəm Prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdır. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandır. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdır”.

Oyunu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31