28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Minifutbol

İlin ən yaxşısı adına namizədlərin siyahısı açıqlandı

İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri-2017" layihəsinin icrasına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ardıcıl 5-ci il həyata keçiriləcək layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report", baş sponsoru isə "Aloff Made in Azerbaijan"dır.

Əvvəlki layihələrlə müqayisədə bu dəfə nominasiyaların adları və tərkibində bəzi dəyişikliklər edilib. "İlin mətbuat katibi" nominasiyası "İlin idman yarışı" nominasiyası ilə əvəzlənib. Bundan başqa, futbol üzrə "İlin baş məşqçisi" nominasiyası ali nominasiyaya çevrilib və qalibin sorğu aparılmadan mükafatlandırılması qərara alınıb.

Layihənin ilkin mərhələsində müxtəlif KİV-lərdə çalışan idman jurnalistləri (hər KİV-dən bir nəfər) arasında "İlin idman xadimi", "İlin idmançısı", "İlin əcnəbi idmançısı", "İlin futbolçusu", "İlin komandası" (futbol və digər növlər üzrə), "İlin məşqçisi" (digər növlər üzrə), "İlin idman yarışı" və "İlin idman jurnalisti" nominasiyaları üzrə sorğu keçiriləcək. Bu zaman jurnalistlər təklif olunan namizədləri yox, özlərinin layiq bildikləri şəxsi və ya komandanı da seçə bilərlər. Yekunda ən çox səs toplayan namizəd qalib elan olunacaq və dekabrın ortalarında Bakı Olimpiya Stadionunda mükafatlandırılacaq.

Yalnız "İlin idman jurnalisti" nominasiyasında namizədlər göstərilməyib.

Namizədlər bunlardır (Əlifba sırası ilə):

I. İLİN İDMAN XADİMİ

1. Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti;

2. Fazil Məmmədov - Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti;

3. Kəmaləddin Heydərov - Azərbaycan Boks Federasiyası və Azərbaycan Taekvondo Federasiyasının prezidenti;

4. Rövnəq Abdullayev - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Azərbaycan Cüdo Federasiyasının prezidenti;

5. Tahir Gözəl - "Qarabağ" futbol klubunun vitse-prezidenti;

6. Zaur Axundov - Azərbaycan Futzal Federasiyasının prezidenti.

II. İLİN İDMANÇISI

1. Hacı Əliyev (sərbəst güləşçi) - 3 qat dünya çempionu və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

2. Hidayət Heydərov (cüdoçu) - Avropa çempionu və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

3. Məhəmmədrəsul Məcidov (boksçu) - 3 qat dünya çempionu və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

4. Milad Beigi Harçeqani (taekvondoçu) - dünya çempionu, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının və Universiadanın qalibi;

5. Polina Rəhimova (voleybolçu) - "Toyota Kvinseys" (Yaponiya) / "Fənərbağça" (Türkiyə) klubunun və Azərbaycan millisinin hücumçusu;

6. Ruslan Lunyov (güllə atıcısı) - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının beşqat qalibi;

7. Şəhriyar Məmmədyarov (şahmatçı) - Komandalararası Avropa çempionatının üçqat, Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess" turnirinin ikiqat qalibi və İddiaçılar Turnirinə vəsiqənin sahibi.

III. İLİN ƏCNƏBİ İDMANÇISI

1. Adrian Skarlatake - "Keşlə" Futbol Klubunun rumıniyalı müdafiəçisi.

2. Dino Ndlovu - "Qarabağ" Futbol Klubunun cənubi afrikalı hücumçusu;

3. Filip Ozobiç - "Qəbələ" İdman Klubunun xorvatiyalı yarımmüdafiəçisi, Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bombardiri;

4. Miçel - "Qarabağ" Futbol Klubunun ispaniyalı yarımmüdafiəçisi;

5. Riçard Qadze - "Zirə" Futbol Klubunun qanalı hücumçusu;

IV. İLİN FUTBOLÇUSU

1. Araz Abdullayev - "Qəbələ" / "Anortosis" (Kipr) klubu və Azərbaycan millisinin yarımmüdafiəçisi;

2. Mahir Mədətov - "Qarabağ" klubu və Azərbaycan millisinin hücumçusu, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

3. Rauf Əliyev - "Keşlə" / "Kukesi" (Albaniya) klubunun hücumçusu, Azərbaycan Premyer Liqasında 2016-2017 mövsümünün bombardiri;

4. Rəşad Sadıqov - "Qarabağ" klubu və Azərbaycan millisinin kapitanı;

5. Rövşən Hüseynli - Futzal üzrə "Araz" klubunun və Azərbaycan millisinin qapıçısı.

6. Təmkin Xəlilzadə - "Zirə" klubu və Azərbaycan millisinin yarımmüdafiəçisi;

V. İLİN KOMANDASI (futbol üzrə)

1. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

2. Futzal üzrə Azərbaycan milli komandası - Avropa çempionatının final mərhələsinə vəsiqənin sahibi;

3. "Qarabağ" futbol komandası - Azərbaycan Premyer Liqası və ölkə kubokunun qalibi, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqənin sahibi;

4. "Qəbələ" futbol komandası - Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı, ölkə kubokunun finalçısı, Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqənin sahibi.

İLİN KOMANDASI (digər növlər üzrə)

1. Cüdoçu kişilərdən ibarət Azərbaycan millisi - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

2. Gimnastika üzrə Azərbaycan milli komandası - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

3. Həndbolçu qadınlardan ibarət Azərbaycan milli komandası - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi;

4. Sərbəst güləş üzrə kişilərdən ibarət Azərbaycan milli komandası - Dünya Kubokunda 3-cü yerin, "Alrosa Kuboku"nda 2-ci yerin sahibi;

5. Şahmatçı kişilərdən ibarət Azərbaycan milli komandası - 3 qat Avropa çempionu;

6. Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası - "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatında 4-cü yerin sahibi;

VI. İLİN MƏŞQÇİSİ (digər növlər üzrə)

1. Faiq Qarayev - Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi;

2. Fərhad Məmmədov - Cüdoçu kişilərdən ibarət Azərbaycan milli komandasının məşqçisi;

3. Firdovsi Umudov - kişi sərbəst güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi

4. Reza Mehmandust - Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi;

5. Leonid Loivski - kişi boksçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi.

VII. İLİN İDMAN YARIŞI

1. Atıcılıq üzrə Avropa çempionatı;

2. "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları;

3. Cüdo üzrə "Böyük Dəbilqə" turniri;

4. Formula 1 üzrə Azərbaycan Qran Prisi;

5. Gimnastika (idman, bədii, batut və tamblinq) üzrə Dünya Kuboku;

6. Voleybolçu qadınlar arasında Avropa çempionatı;

VIII. İLİN İDMAN JURNALİSTİ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31