23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Minifutbol

“Xəzridən “Xəzri”yə - "CBC Sport"dan yeni təqdimat

Bu gün “CBC Sport” telekanalının ərsəyə gətirdiyi “Xəzridən Xəzriyə” sənədli filminin təqdimat mərasimi keçirilib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, qurumun keçmiş katibi Çingiz İsmayılov, fəaliyyətini dayandırmış “Xəzri” klubunun o vaxtkı baş məşqçisi Nadir Qasımov, komandanın üzvləri - Faiq Əzizov, Azər İsayev, İmanxan Sultani, Paşa Əliyev, Vadim Vasilyev və digər veteran futbolçular, rəməkdar məşqçi Ağasəlim Mircavadov “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov, kapitan Rəşad Sadiqov, “Zirə”nin çalışdırıcısı Ayxan Abbasov, “Sumqayıt”ın müdafiəçisi Rail Məlikov  iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “CBC Sport”un aparıcısı və filmin müəllifi Əminə Kazımova “Xəzri” və kluba həsr olunmuş film haqda məlumat verib.

"CBC Sport"un baş direktoru, filmin prodüseri Volkan Üst sayca 3-cü ekran işləri olan “Xəzridən Xəzriyə” filmi haqda  danışıb. O, bu cür filmləri ərsəyə gətirməkdə əsas məqsədlərinin Azərbaycanın futbol tarixini yaşatmaq olduğunu bildirib.

Daha sonra  filmin təqdimatı keçirilib.

Filmdə 1990-cı illərdə Azərbaycanın ən güclü klublarından olan,  avrokuboklarda iştirak etmək hüququ qazanan “Xəzri” komandasının yaradılmasından, fəaliyyətini dayandırmasına qədər ən incə məqamlar əks olunub. Eyni zamanda filmdə Buzovna futbolu ilə bağlı maraqlı anlara yer verilib. Bir çox tanınmış idman və incəsənət xadimlərinin, komandanın keçmiş futbolçularının, həmçinin sadə azarkeşlərin  fikirləri səsləndirilib. Klubun dağılma səbəbləri haqda məlumat verilib. Filmin sonunda böyük futbolun Buzovnaya qayıdışının yaxın olduğu vurğulanıb.

Təqdimatdan sonra söz filmin ssenari müəllifi və quruluşçu rejissoru Azər Cavad Əliyevə verilib. O, yaradıcı heyətin bütün üzvlərini səhnəyə çağırıb və bir-bir auditoriyaya təqdim edib. Sənədli filmi emosional qarşıladıqları üçün qonaqlara təşəkkür edən Əliyev bu işdə ona dəstək olan hər kəsə minnətdarlığını bildirib.

 “Xəzri”nin sabiq baş məşqçisi olmuş Nadir Qasımov və klubun futbolçuları filmlə bağlı təssüratlarını açıqlayıblar. Sonda veteran futbolçulara və qonaqlara təşəkkür edən filmin müəllifi Ə. Kazımova tarixin yaddaşında qalan “Xəzri”dən yeni “Xəzri”nin doğulacağına və Azərbaycan futboluna yeni qələbə bayramları gətirəcəyini ümid etdiyini bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30