29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

"Mənə oyunçular və federasiyanın fikri maraqlı deyil"

DÇ-2018-in seçmə mərhələsində Almaniya ilə oyun üçün Maynts şəhərinə yollanan Azərbaycan milli komandasını orada cəmi bir azarkeşimiz qarşılamışdı. Lakin  təzahürat oxuyub, fakel yandıraraq yığmaya dəstəyini nümayiş etdirən azarkeşə futbolçuların heç bir reaksiya verməməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olmuş, millinin oyunçuları laqeyd davranışlarına görə tənqid olunmuşdular. “Qafqazinfo” həmin azarkeş Şamil Mustafayevlə əlaqə saxlayıb və onun fikirlərini öyrənib. Futbolxeber.az həmin müsahibəni təqdim edir. 
 
- Millini tək qarşılasan da, futbolçular sənə təşəkkür etmədilər. Bu sənə necə təsir etdi?
 
- Onların belə hərəkətini demirəm normal qarşılayıram, amma pis də qarşılamadım. Mənə heç bir təsiri olmadı. Çünki mənim işim azarkeşlik etməkdir. Ora futbolçular üçün deyil, köynəklərində daşıdıqları üçrəngli bayraq üçün gəlirəm, Onlar bu gün var, sabah yoxdular. 
Burada isə gözləniləndən çox rezonans doğurdu. Bunu Azərbaycan üçün edirik. Tərif yağdırmaları çox xoş oldu. Mənə oyunçular və federasiyanın fikri maraqlı deyil. Ümumi futbolçularla yaxşı münasibətim var. Oyundan sonra da görüşürük söhbət edirik. Əgər böyük auditoriya düşünürsə ki, onlar təşəkkür etməliydilər, demək ki, haqlıdırlar. 
 
- Oyundan sonra futbolçular səninlə foto çəkdirdimi?
 
- Bəli. Məşqdən sonra Ramil çəkdirdi. Bir də Əfran liftə dəvət etdi, orada Pavel, Almeida, Əfran və Ramillə şəkil çəkdirdik.
 
- Stadionda böyük bir xareoqrafiya açacaqdın. Ona icazə verdilərmi?
 
- Gec də olsa oyuna 1 gün qalmış icazə verdilər. Məşqdən sonra təhlükəsizlik rəhbəriylə razılaşdıq ki, pirotexnika deyil, amma xareoqrafiya və digər bannerlər gətirəcəyik. Çox çətinliklə icazə verdilər, Alman federasiyası sözünün üstündə durmadı. Qapının ağzında Babəkin bannerlərinə icazə vermədilər ki, üzərində qılınc rəsmi var. Eyni zamanda, köynəklərə, 50 Azərbaycan bayrağına icazə verilmədi. Dedilər ki, yəqin satmaq istəyirsiniz bunları. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31