18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Batşuayi “FİFA 2018”ə etiraz etdi

Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan İngiltərə "Çelsi”sinin futbolçusu Mişi Batşuayi "FİFA 2018” kompüter oyunundakı göstəricilərindən narazı qalıb.
 
Futbolxeber.az xəbər verir ki, Belçika yığmasının 23 yaşlı hücumçusu "Twitter” hesabında narazılığını "buyurun, izah edin” yazmaqla çatdırıb. 
O, oyunun əvvəlki versiyası ilə müqayisədə, sürətinin 4 ədəd azaldılmasına, ötürmə qabiliyyətinin 10 ədəd endirilməsinə, driblinqin 2-yə, fiziki hazırlığının 1-ə, ümumi reytinqinin isə 81-dən 80-ə düşməsinə etiraz edib.
 
"FİFA 2018”i hazırlayan "EA Sports” şirkəti isə futbolçuya cavabında ona qol vurmağı tövsiyyə edib: "Qol vurmaqda davam edin, onda danışarıq”.
 
Qeyd edək ki, "FİFA 2018”də ən yüksək reytinq 99-dur. M.Batuşayi "Qarabağ”ın I turda "Çelsi”yə səfərdə 0:6 hesabı ilə uduzduğu görüşün 76-cı dəqiqəsində komandasının 5-ci qoluna imza atıb.

Sportnet.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30