29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Rövnəq Abdullayevin "xoruzları" (QEYD)

Bu, bir silsilədir. Bu, bir almanaxdır (almanax nədi ə?). Rövnəq Abdullayev hər özlərinə sərf eləyən futbol/idman hadisəsindən sonra həvəslə brifinqə gəlir. Ancaq danışdıqca müxtəlif çeşid "xoruzlar" buraxmağıyla el arasında məşhurdur. Daha bir məcmüəsi də dünən Azərbaycan - San-Marino (5:1) oyunundan sonra əmələ gəlmişdir.

Hazırsınız? Lets qo! (ə lesqo nədi)

"Norveçə uduzandan sonra futbolçulara demişdim ki, 3-dən az qol vursanız, Azərbaycana gəlməyin"

Rövnəq müəllim, Norveçlə oyun (0:2) səfərdə olmuşdu. 3-dən az qol bir yana, sıfırdan çox qol vurmadığımız dəqiqdir. Hansı komandaya 3 qol vurmamış ölkəyə gəlməyi qadağan eləmişdiniz? Norveç məğlubiyyətindən sonra hamı bir nəfər kimi gəlib, San-Marino ilə Bakıda oynadılar. 5:1 hesabı ilə uddular. Yığma hardan Bakıya niyə gəlməməliydi?

"Futbolçuları çox da tərifləməyək. Çünki onlar orbitdən çıxdıqdan sonra özlərini yığa bilmirlər. Hələ qarşıda Slovakiya ilə çox ağır oyun var" (orbit nədi).

 Çexoslovakiya. Yəni oktyabrın 5-də qəbul edəcəyimiz Çexiyanı deyir. Xəbəri yoxdur ki, Çexoslovakiya 1993-cü ildə Çexiya və Slovakiyaya ayrılıb. Hərəsinin öz dərdi-səri var.  Bu, texniki səhv kimi sayıla bilərdi. Ancaq bir, uzağı iki dəfə olsa... Abdullayev hər brifinqdə belə səhvlər buraxır.

Mümkündü. Feyr-pley ilə pley-off fərqini bilməyən AFFA prezidentindən penaltinin neçə metr olduğunu soruşanda, əlbəttə, adama səhv cavab verər.

Çexoslovakiya. Yəni oktyabrın 5-də qəbul edəcəyimiz Çexiyanı deyir. Xəbəri yoxdur ki, Çexoslovakiya 1992-ci ildə Çexiya və Slovakiyaya ayrılıb. Hərəsinin öz dərdi-səri var.  Bu, texniki səhv kimi sayıla bilərdi. Ancaq bir, uzağı iki dəfə olsa... Abdullayev hər brifinqdə belə səhvlər buraxır.

"Hamı istəyir ki, milli komanda irəli getsin. "Qarabağ" Çempionlar Liqasının qrupuna düşməklə bizi xeyli sevindirdi. İstərdik ki, milli komanda da yüksək səviyyədə oynasın. Biz də bundan ötrü əlimizdən gələni edir, həm klublara, həm də milliyə köməklik göstəririk. Çalışırıq ki, onlar da azarkeşləri sevindirsinlər".

Abdullayev, yenə klublara köməkdən danışdınız?! AFFA hansı kluba kömək edir? "Qarabağ" bulaşdırdığınız ölkə futbolu içində öz zəhməti və doğru idarəçiliyi hesabına uğurlar qazanıb. Nə kömək eləmisiniz? ÇL-in qrupuna çıxandan sonra məcbur eləyib, komandanı mənasız, faydasız BOS-da oynatmağa razı salmağınızdır kömək?

Yoxsa "oğlum xaricdən gəlmişdi, bekar idi, dedim bir klub verək ona" dediyiniz o məşhur "Səbail"i deyirsiniz? Öz bazasında didərgin düşən "İnter"in naməlum taleyi, yoxsa Hafiz Məmmədovla ədavətə görə məhv elədiyiniz "Bakı"nı, Mübariz Mənsimovla bazarlığın bitməyi ilə "Xəzər Lənkəranı bitirməyinizi deyirsiniz yardım? Heç sizin dost-doğma Vasif Talıbov "Araz Naxçıvan"ı çempionatınızda yarım mövsüm oynatmayıb, tərk eləmək göstərişi verdi axı. Hansına yardım elədiniz, Abdullayev?

O gün açıqlamanızda "demişdiniz ki", "Qarabağ" ÇL-in qrupuna yüksəlməsi Azərbaycan futbolunun gələcək uğurlarının ilk addımlarıdı. Ardıcıl 3 dəfə AL-in qrupuna qalxmış komanda haqda dediyiniz əndirabadi söhbət idi axı bu.

Nə qədər qarışdıracaqsınız aləmi bir-ibirinə?

Davam edir "xoruzlar", daha kəsin, daha ciddi...

Elçin Cəlilov, futbolpress.az




Ad: nazim haciyev;   E-mail: [email protected]

23.12.2017 00:30

Hornetli Rovnet Abdullayev iki ildirki muqavileynen sokarda isleyirem, bizde sokarin bir aile uzvuleriyik. xais edirem o bir iscilere bayram hediyesi ve yabasqa yardimlar teqdim edilende bizide nezere alin. axi bizde azerbaycan vetendasiyiq ,azerbaycana qulluq edirik,ona xidmet edirik.Axi siz bizim rehberimiz bizde sizin ovlatiniz sayiliriq.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31