16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

AFFA-dan Media Komitəsi ilə bağlı qalmaqala reaksiya

MİKAYIL NƏRİMANOĞLU: “HƏR ŞEYDƏN XƏBƏRİMİZ VAR”

AFFA Futbolxeber.az saytının əməkdaşı Fərəc Aslanovun qeyri-qanuni şəkildə Media Komitəsinin İdarə Heyətinə seçkilərdə iştirakına imkan verilməməsinə münasibət bildirib.

Qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu bununla bağlı Futbolxeber.az saytına açıqlamasında qısaca olaraq deyib:

“Hər şeydən xəbərimiz var. Məsələ qanun çərçivəsində həllini tapacaq”.

Xatırladaq ki, saytımızın əməkdaşı Fərəc Aslanov Media Komitəsinin İdarə Heyətinə seçkilərdə iştirak üçün namizədliyini irəli sürüb. Lakin İdarə Heyəti gülünc bəhanə gətirməklə onun diplomu olmadığından seçkilərdə iştirakına icazə verməyib.

Bir daha xatırladırıq ki, İdarə Heyətində yer almaq üçün diplomun tələb edilməsi ilə bağlı komitənin əsasnaməsində hər hansı bənd yoxdur. Bundan əvvəlki seçkilərdə heç bir namizəddən diplom tələb edilməyib. Üstəlik, hazırda İdarə Heyətində yer alanların heç də hamısının diplomu yoxdur.

Bu qanunsuzluqla barışmır, sona qədər haqqımızı tələb edəcəyik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30