20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Minifutbol

Türkə uduzan erməni aranı qatdı, təhqir olundu

Tbilisidə keçirilən uşu üzrə Avropa çempionatında qalmaqal yaşanıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən məlumatına görə, erməni idmançı türkiyəli rəqibi Aysel Almaçıya məğlub olduqdan sonra qalmaqal yaradıb. 
 
Məğlubiyyətlə barışmayan erməni qadın idman sarayının qapılarının şüşələrini sındırıb. Bu da idman sarayının rəhbərliyinin kəskin etirazına səbəb olub. Erməni məşqçi idmançının bu hərəkətinə görə üzr istəyib və öz yetirməsini təhqir edərək hadisə yerindən uzaqlaşdırıb.
 
Aysel Almaçı jurnalistlərə müsahibəsində deyib: “Ermənistandan olan rəqibimlə görüşdən əvvəl çox həyəcanlı idim. Tatamiyə çıxanda türk və azərbaycanlı qardaşlarımın qələbəyə səsləyən çağırışlarını eşitdim. Bu, məni daha da ruhlandırdı və mən döyüşdə dönüş yaratmağa nail oldum. Rəqibim fiziki cəhətdən güclü olsa da, mən qalib gəlməyi bacardım. Mənə göstərdikləri dəstəyə görə bütün azarkeşlərimə minnətdaram”.
 
A.Almaçı erməni atletin bu davranışını utandırıcı, idmançıya yaraşmayan, heç bir etikaya sığmayan hərəkət adlandırıb.
 
Erməni idmançının qeyri-etik davranışı Belarus, Rusiya, Ukrayna və digər ölkələrin təmsilçilərinin də narazılığına səbəb olub. Onlar idmançıdan üzr istəməsini tələb ediblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30