25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Tünzalə: “Turan Tovuz”un kənarda qalmasını sakit qarşılamaq olmaz”

Tanınmış müğənni, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarınının ulduzlu səfiri Tünzalə Ağayevanın Futbolxeber.az saytına müsahibə verib.

- Sizin də azarkeşi olduğunuz, daim dəstəklədiyiniz “Turan Tovuz” I divizionda çempion olsa da, Premyer Liqaya buraxılmadı. Bu qərara münasibətiniz necədir?

- Bizim regionda tarixdən görkəmli futbolçular olub. “Turan” da bizim fəxrimizdir. Vaxtı ilə nailiyyətlər qazanıb, Azərbaycan futboluna istedadlı futbolçular bəxş edib. İndi “Turan Tovuz”un Premyer Liqaya buraxılmamasına üzülürəm. Üzümü tuturam imkanlı şəxlərə, qoy. “Turan”a dəstək olsunlar. Futbolun inkişafını ölkə olaraq çox istəyirik. Bu halda “Turan”ın lazımsız səbəblərdən kənarda qalması dözülməzdir, bunu sakit qarşılamaq olmaz. Problem birmənalı şəkildə həll olunmalıdır. “Turan”a kömək göstərilməlidir.

- Millət vəkili Qənirə Paşayeva klubun yaşaması üçün tez-tez çağırışlar edir. Əgər Tovuzdan olan bir neçə şəxs birləşərək, kluba himayədarlıq etmək qərarına gəlsə, onlara qoşularsınız?

- Mən iş adamı deyiləm. Gücüm səsimdir. Amma bu, məntiqli fikirdir. O regionun iş adamları, birləşib gücü biryerə qoysalar, komanda iddialı olar, güclülər sırasına qoşular. Bu ideyanı dəstəkləyirəm. Mən də əlimdən gələni etməyə hazıram.

- Sizi müxtəlif yarışlarda görürük. Maraqlıdır, Tünzalə xanım ən çox hansı idman növünü sevir?

- Üzgüçülüyü, futbolu çox sevirəm. Bacardığım qədər İslam Oyunlarında idmançılarımıza dəstək olura. Dünən futbol millimizin Mərakeşlə oyununu stadiondan canlı izlədim. Komandamızın qələbə qazanmaq üçün yaxşı şansı var idi. Heyf ki, lazım olan qolu vura bilmədik. Ulduzli səfir olaraq bütün yarışlara getməyə çox çalışıram. Sabah taekvandoya gedəcəyəm. Ağır atletikada qızlarımızın qazandığı nəticələrlə fəxr edirəm.

- Geridə qalan müddətdə idmançılarımızın İslamiadadakı çıxışını necə dəyərləndirirsiz?

- Qazanılan nəticələrdən qürur duyuram. Gözəl nəticədi. Buna sevinmək lazımdı. Qazanılan nəticələr idmana olan diqqət və qayğının nəticəsidir. Düzdür, medal sıralamasında hazırda ikinciyik. Amma inanıram ki, sonda Türkiyəni də geridə qoyacağıq.

Söhbətləşdi: FƏRƏC

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30