19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

“Neymar Jr’s Five”: Azərbaycan çempionu bəlli oldu

Bakıda Dənizkənarı Milli Parkda Neymar Jr’s Five beynəlxalq futbol turnirinin Azərbaycan finalı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, 16 komandanın iştirak etdiyi final mərhələsində bir sıra regionların təmsilçiləri də mübarizə aparıb.

Gəncə, Lənkəran, Şəki, Quba və Bakı seçim mərhələlərində iştirak edən 330 komandadan 16 kollektiv Milli Finalda çıxış etməklə yarışın qalibini müəyyənləşdirib. Onlar ulduz futbolçu Neymarın Vətəni Braziliyaya Dünya finalına yollanmaq uğrunda mübarizə aparıblar.

 Gərgin və güzəştsiz mübarizəylə yadda qalan Milli Finalda Bakını təmsil edən “Şirinlər” komandası çempion oldu. Finalda “Qara Qartal”la qarşılaşan "Şirinlər" 1-0 hesabıyla qələbə qazanaraq çempionluq sevinci yaşayıb. Oyundan sonra qalib komandanın kapitanı Elməddin Hüseynzadə təəssüratlarını jurnalistlərlə bölüşüb: “Azərbaycanda hamıya qalib gəldik, Dünya Finalında iştirak üçün Braziliyaya yollanacayıq. Orda da hamıya qalib gəlməyə hazırıq”!

Qeyd edək ki, Milli Finalda müsabiqədən kənar iştirak edən 16-cı komanda "Baku Starts"ın heyəti qızlardan ibarət idi. Zərif cinsin nümayəndələri gözəl oyun sərgiləsələr də  ilk görüşdə "Qaradağ - Lökbatan" komandasına məğlub olaraq yarışı tərk etdi.

Gənclər və İdman Nazirliyi, “Bir” Tələbə Könüllü proqramı, Dənizkənarı Bulvar, və digər təşkilatların dəstəyi ilə keçirilən turnirin qeyri-adi qaydaları ilə bir daha tanış olaq: İki komanda, beş beşə (5x5), qapıçılarsız, 1,5 x 0,8 metr ölçülü qapılarla, 17 x 30 metr ölçülü meydançada oynayırlar. Matç 10 dəqiqə davam edir. Rəqibin qapılarına vurulan hər qol, həmin komandadan bir oyunçunu meydançadan uzaqlaşdırır.

Oyun, komandalardan birinin son oyunçusunun uzaqlaşdırılmasına, və ya matçın vaxtı bitənə qədər davam edir. Görüşün sonunda meydanda daha çox oyunçusu qalan komanda qalib gəlir. Oyunçuların cinsi məhdudiyyəti yoxdur. Komandada 5 oyuçudan minimal olaraq 3 nəfəri 18-25 yaşları arasında, 2 nəfəri isə 25 yaşdan yuxarı ola bilər. Maksimum 2 nəfər 25 yaşdan yuxarı ola bilər.

Yarışın Azərbaycan üzrə ən güclü komandası “Şirinlər” iyul ayında Braziliyada keçiriləcək Neymar Jr’s Five Dünya finalına yollanacaq və mötəbər yarışda Azərbaycanı təmsil edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30