19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Minifutbol

Azarkeşlərin möhtəşəm aksiyasından 1 il ötdü

Ötən il bu günü, 2016-cı ilin 6 aprelində futbol klublarının azarkeşlərinin iştirakı ilə “Dördgünlük müharibə”də şəhid olanların ruhuna ehtiram və Azərbaycan ordusuna dəstək məqsədilə möhtəşəm aksiyası keçirilmişdi.

Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi aksiy 12:00-da "Elmlər Akademiyası" metro stansiyasının qarşısında başlamışdı.

Aksiya 500-ə yaxın azarkeşin iştirakı ilə start götürmüşdü. Fanatlar “Tribuna oyaqdı, əsgərlərə dayaqdı”, “Azərbaycan əsgəri, vur, keç səngəri”, “Azərbaycan bir olsun, istəməyən kor olsun”, “Ən böyük əsgər, bizim əsgər”, “Qarabağ bizimdi”, bizim olacaq” və s. şüarlar səsləndirmişdilər. Zaman keçdikcə aksiya iştirakçılarının sayı durmadan artmışdı.

Azərbaycan himninin oxunmasından sonra azarkeşlər Şəhidlər Xiyabanının yolunu tutmuşdular. Yol boyu şüarlar səsləndirən fanatların Şəhidlər Xiyabanının qarşısında sayı 3 minə çatmışdı. Xiyabanı ziyarət etdikdən sonra fanatlar Fəvvarələr meydanına üz tutmuşdular və meydanda himnin səslənməsi ilə aksiya başa çamışdı.

Qeyd edək ki, möhtəşəm aksiyada “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Sector 11” fan-klublarının üzvləri aparıcı qüvvə kimi çıxış etmişdilər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30