17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Minifutbol

Roman Qriqorçuk 52 yaşında

Bu gün “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk üçün əlamətdar gündür.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin 52 yaşı tamam olur.

Ukraynalı mütəxəssis 1965-ci ilin 22 martında Korniç kəndində anadan olub. Hücumçu olan Qriqorçuk futbolçu karyerasına “Prikarpatye”də başlayıb. Daha sonra Avstriyanın “Sankt-Polten”, Polşanın “Petroximiya”, Ukraynanın “Krivbass”, Rusiyanın “Saturn”, Latviyanın “Dinaburq” klublarında forma geyib.

Məşqçi karyerasına da elə “Dinaburq”da başlayıb. Daha sonra “Ventspils”i çalışdırıb ki, ilk uğurlarını da məhz bu klubda qazanıb. 3 dəfə “Ventspils”i finala daşıyan Qriqorçuk, 2 dəfə də ölkə kubokunu qazanıb. Latviya kuboku, “Birlik kuboku” və Baltika Liqa kubokunda final oynayan ukraynalı mütəxəssis, “Ventspils”ə 1 dəfə də Latviya çempionatının bürünc medallarını qazandırıb.

2009-2010 mövsümündə Zaporojye “Metallurq”unu çalışdırdıqdan sonra növbəti 4 mövsüm Odessa “Çernomorets”inin baş məşqçisi olub. Bu kluba Ukrayna birinci liqasının gümüş medallarını qazandırıb, Ukrayna kubokunda final oynayıb. Eləcə də “Çernomorets”lə Avroliqanın 1/16 final mərhələsinə kimi irəliləyib.

2015-ci ildən isə Qriqorçuk “Qəbələ”ni çalışdırır. Son 2 mövsümdə “Qırmızı-qaralar” onun rəhbərliyi altında Premyer Liqada bürünc medal qazanmaqla yanaşı, ardıcıl 4 mərhələ adlamaqla Avroliqanın qrup mərhələsində oynayıb.

Futbolxeber.az saytının kollektivi Roman Qriqorçuku ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı və işlərində müvəffəqiyyətlər arzu edir.

Ad gününüz mübarək, Roman İosifoviç!

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30