28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Keçəl və kosanın “Kəpəz”lə bağlı arzuları

Bu gün “Kəpəz”in Gəncə şəhər stadionunda keçirilən məşqindən sonra klub rəhbərliyi Novruz öncəsi şənlik təşkil edərək bayram münasibəti ilə komanda üzvlərini təbrik edib. Futbolxeber.az saytının məlumatına görə, arenaya bayram ənənəsinə uyğun qaydada bəzədilən şirniyyatlı, qozlu-fındıqlı, səmənili xonçalar gətirilib. 
 
Kollektiv adından təbrikləri çatdıran klubun icraçı direktoru Cabir İbrahimov xoş arzuları dilə gətirib. O, “Kəpəz”in həmişə azarkeşləri qələbələr, uğurlu nəticələrlə sevindirməsini istəyib. 
 
Tədbirə xüsusi rəng qatan Novruzun simvolları olan keçəl və kosa da deyilən təbriklərə qoşulub. 
 
Bayram şənliyində martın 17-də doğum gününü qeyd edən “Kəpəz”in fanklublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyevin şərəfinə tort kəsilib. “Kəpəz”in baş məşqçisi Şahin Diniyev “azarkeş üçün ən böyük hədiyyə komandasının qələbəsi olar” deyərək Əliyevi təbrik edib.
 
Şənliyin davam edən bölümündə klubun rənglərində boyanan sarı və göy yumurtalar döyüşdürülüb, ocaq çatılıb. Məşqçilər heyəti və futbolçular bir-birinin ardınca ocağın üstündən tullanıblar.
 
Novruz şənliyi Gəncə klubunda çıxış edən legionerlərin böyük marağına səbəb olub.Onlara xalqımızın milli bayramı haqda məlumat verilib, Novruzun adət-ənənələrindən bəsh olunub. 
 
Bayram şənliyinə azarkeşlər də qatılıb və onlar sevimli oyunçuları ilə birlikdə Novruzu qeyd ediblər. 
 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31