25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Maşallah Əhmədov sözünün üstündə durmadı, məhkəmə son şans verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 
 
Futbolxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə çıxış üçün M. Əhmədova söz verilib.
 
O, yenidən son söz deməkdən imtina edib. Qeyd edib ki, söz verdiyi kimi, zərərçəkmişə 50 min manat yox, 45 min manat pul təklif edib: "Ancaq zərərçəkmiş bu pulu qəbul etmədi. Dedim ki, əlavə 5 min manat da verəcəm. Bu pulu mən dostdan, tanışdan almışam".
 
M. Əhmədov son söz demək üçün məhkəmədən yanvarın 30-dək vaxt istəyib. 
 
M. Əhmədovun oğlu Tərlan Əhmədov yalnız 65 min manat pulları olduğunu və bundan artıq borc qaytara bilməyəcəklərini deyib.
 
Zərərçəkmiş Yusif Əzizov isə 128 min manat borcu tələb edib və bu məbləğ tam ödənilməyincə şikayətini geri götürməyəcəyini deyib: "Ya pulumu versin, ya da Maşallah Əhmədov cəzasını çəksin". 
 
Hakim sonuncu dəfə M. Əhmədova vaxt verib. 
 
Proses yanvarın 30-da davam etdiriləcək. 
 
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. Bizneslə məşğul olan "Neftçi"nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 178 min manat dəyərin xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu da qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30