29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Minifutbol

Bakıda idman məhsullarını oğurlayan şəxs saxlanılıb

İyunun16-da Bakının Nizami rayonu ərazisində yerləşən "Azidman" MMC-yə məxsus anbardan oğurluq edən şəxs saxlanılıb. "Report"un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu, İsmayıllı rayon sakini Asif Əbilovdur.

O, Nizami Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub. Anbardan ümumilikdə 89 186 manat məbləğində oğurluq edilib.

Şirkətin satış meneceri Məzahir Quliyev "Report"a açıqlamasında qapalı zallarda istifadə olunan örtüklərin, dam örtükləri və ona aid qaynaq naqillərinin oğurlandığını bildirib.

M.Quliyevin sözlərinə görə, artıq dəymiş zərər ödənilib.

Qeyd edək ki, "Azidman" MMC idman məhsullarının satışı ilə məşğuldur. Oğurluq hadisəsi qeydə alınan anbarda şirkətin məhsulları saxlanılır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31