25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Minifutbol

AFFA-nın rəsmi fanşopu fəaliyyətə başladı

“Port Baku Mall”un 3-cü mərtəbəsində yerləşən “GoSport” idman malları mağazasında AFFA-nın rəsmi fanşopu açılıb. Futbolxeber.az saytının məlumatına görə, burada azarkeşlər Azərbaycan milli komandalarının rəsmi oyun, məşq və nümayiş geyimlərini əldə edə bilərlər. Açılışda milli komandanın üzvləri Kamran Ağayev, Qara Qarayev və Araz Abdullayev iştirak ediblər, azarkeşlərə imza paylayıblar.

Tədbirdə iştirak edən AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev bildirib ki, AFFA “GoSportla” bu əməkdaşlıqda çox maraqlıdır. Bu əməkdaşlıq sayəsində futbol azarkeşləri şəhərin mərkəzində yerləşən mağazadan çox rahatlıqla milli komandanın geyimlərini əldə edə biləcəklər. “GoSport”la əməkdaşlığın nəticəsi olaraq satış xərcləri azaldığı üçün malların qiyməti iki dəfə endirilib.

Qeyd edək ki, “GoSport” Azərbaycanda ən iri idman mallarını təqdim edən multibrend mağazadır. Tezliklə “GoSport”un Gənclik Mall-da yerləşən digər mağazasında da AFFA-nın rəsmi fanşopu fəaliyyətə başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30